Rusiya prezidenti Vladimir Putin bu həftə Monqolustan qəzetinə verdiyi müsahibədə Qərbi rus jurnalistləri təqib etməkdə ittiham edib.
“Özünü azadlıq standartı hesab edən Qərb narahatedici faktlardan, həqiqəti əks etdirən məlumatlardan gizlənmək üçün rusiyalı müxbirlərə qarşı açıq təqiblərə başlayıb”, Putin “Onoodor” qəzetinə deyib. Putin beynəlxalq həbs qərarı altında olmasına baxmayaraq, səfər etdiyi Monqolustana getməzdən bir gün əvvəl qəzetlə danışıb. Müsahibə Rusiyanın The New York Times, The Washington Post, The Wall Street Journal-ın jurnalistləri və bir neçə ABŞ rəsmisi də daxil olmaqla, ölkəyə girişi qadağan olunmuş amerikalıların siyahısına daha 92 nəfəri əlavə etməsindən sonraya təsadüf edir. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, qadağa tətbiq edilmiş jurnalistlər Rusiya və Rusiya silahlı qüvvələri haqqında "saxta" məlumatlar hazırlayan və onların yayılması ilə məşğul olan aparıcı liberal-qlobalist nəşrləri təmsil edir. Həmin jurnalistlər arasında Wall Street Journal-ın müxbiri İvan Gerşkoviç və jurnalın baş redaktoru Emma Taker də var. Putinin şərhləri Moskvanın uzun illər müstəqil mediaya qarşı sərt repressiyalarından, yerli və xarici müxbirlər də daxil olmaqla, onlarla insan həbsindən sonra səslənib. 2022-ci ildə Ukraynanın tammiqyaslı işğalından sonra müstəqil mətbuat orqanları və jurnalistlər həbs olunmamaq və Rusiya haqqında reportajlar yaymaq üçün başqa ölkələrə köçməyə məcbur olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?