Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı bildirib ki, İŞİD terror qruplaşması məğlub olduğu üçün ölkədə güclü mövqeyə malik deyil.
Bu barədə EFE agentliyi xəbər verir. “Biz İŞİD-i (Əfqanıstan üçün-red) təhdid və təhlükə adlandıran bütün xəbərlərlə razılaşmırıq. İŞİD məğlub olub, onun yuvaları dağıdılıb və öz tərəfdarlarını toplaya bilmir”, - “Taliban” tərəfindən yaradılmış Əfqanıstan hökumətinin nümayəndəsi Həmdulla Fitrat bildirib. Fitrət BMT-ni də tənqid edərək, onu İŞİD-in Əfqanıstanda olması və təşkilatın Əfqanıstandan başqa ölkələrə hücumlar həyata keçirə bilməsi barədə yalan məlumatlar yaymaqda ittiham edib. Xatırladaq ki, bazar ertəsi Əfqanıstanın paytaxtında kamikadzenin partlayıcı qurğunu işə salması nəticəsində 6 nəfər həlak olub. EFE-nin məlumatına görə, terror aktına görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb. BMT-nin baş katibi Antonio Quterreşin 2024-cü ilin yanvarında dərc etdiyi hesabata görə, Əfqanıstanda İŞİD təhlükəsi “yüksək olaraq qalır”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?