İŞİD terror qruplaşması Əfqanıstanın paytaxı Kabil şəhərində törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb.
Gundemxeber.az xəbər verir ki, bu barədə "Tolo News" telekanalı məlumat yayıb.
Qeyd edək ki, ki, dünən axşam saatlarında Kabildə "Green Village" kompleksi ərazisində minalanmış avtomobil parltadılıb. Son məlumata görə, hadisə nəticəsində 4 nəfər həlak olub, 113 nəfər yaralanıb.
Yaralılar arasında onlarla uşaq var. Ölənlərin 3-ü hərbçi, 1-i isə mülki şəxsdir.
Daha əvvəl bildirilirdi ki, Əfqanıstanda törədilən terror aktında yaralananların sayı artıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?