Rusiyanın Sankt-Peterburq şəhərinin hazırkı qubernatoru Aleksandr Beqlov protokolların 70,57 faizinin işlənməsinin nəticələrinə əsasən şəhər başçısının seçkisində səslərin 59,88 faizini toplayıb.
Gundemxeber.az xarici KİV-ə istinadla bildirir ki, protokolların 50,8%-nin işlənməsinin nəticələrinə əsasən, Aleksandr Beqlov səslərin 60,25%-ni toplayıb.
LDPR partiyasından namizədliyi irəli sürülmüş Maksim Yakovlev 19,05%, Pavel Braqin (yaşıllar) 11,1%, Sergey Malinkoviç (Rusiya kommunistləri) 7,75% səs toplayıb.
Qeyd edək ki, Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri Aleksandr Beqlov 1956-cı il mayın 19-da Bakıda hərbçi ailəsində anadan olub. Beqlov səkkiz sinfi bitirdikdən sonra öncə peşə məktəbinə və daha sonra sənaye-pedaqoji texnikumuna daxil olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?