Rusiya Prezidenti Vladimir Putin iyunun 26-da imzaladığı sərəncamla Aleksandr Beqlovu Şimal-Qərb federal dairəsi üzrə səlahiyyətli nümayəndə təyin edib.
Rusiya Prezidenti Vladimir Putin iyunun 26-da imzaladığı sərəncamla Aleksandr Beqlovu Şimal-Qərb federal dairəsi üzrə səlahiyyətli nümayəndə təyin edib.
gundemxeber.az teleqraf.com-a istinadən xəbər verir ki, adı çəkilən şəxs bakılıdır. Belə ki, Aleksandr Dmitriyeviç Beqlov 19 may 1956-cı ildə Azərbaycan paytaxtında doğulub.
1983-cü ildə Leninqrad Mühəndis-İnşaat İnstitutunu (hazırkı Sankt-Peterburq Dövlət Arxitektur-İnşaat Universiteti), 2003-cü ildə Şimal-Qərb Dövlət Xidməti Akademiyasını (hazırkı Şimali-Qərb İdarəçilik İnstitutu) bitirib. Texnika elmləri namizədi, iqtisad elmləri doktorudur.
1976-1978-ci illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1979-1991-ci illərdə Leninqrad şəhərinin tikinti təşkilatlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb.
1991-1997-ci illərdə “Melazel” alman-rus birgə müəssisəsinin baş mühəndisi olub.
1997-1999-cu illərdə Sankt-Peterburq Dövlət Arxitektur-İnşaat Universitetində baş elmi işçi, doktorant olub.
1999-2002-ci illərdə Sankt-Peterburqun Kurort inzibati rayonunun başçısı işləyib.
2002-2003-cü illərdə Sankt-Peterburqun vitse-qubernatoru, 2003-2004-cü illərdə Rusiya Prezidentinin Şimali-Qərb federal dairəsi üzrə səlahiyyətli nümayəndəsinin I müavini, 2004-2008-ci illərdə Rusiya Prezidentinin köməkçisi, 2008-2012-ci illərdə Rusiya Prezident Administrasiyası rəhbərinin müavini, 2012-2017-ci illərdə Rusiya Prezidentinin Mərkəz federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi olub.
25 dekabr 2017-ci ildə Rusiya Prezidentinin Şimal-Qərb federal dairəsi üzrə nümayəndəsi təyin edilib. A.Beqlov 26 iyun 2018-ci ildə yenidən bu vəzifəyə təsdiq edilib.
Rusiya Federasiyasının I dərəcəli həqiqi dövlət müşaviri (2004), Rusiyanın əməkdar mühəndisidir (2004). 2006-cı ildə “Vətənə xidmətə görə” ordeninin IV dərəcəsi ilə təltif olunub.
Evlidir, 3 qızı var. 2017-ci il üzrə gəlir bəyannaməsinə görə illik gəliri 6,9 milyon rubl təşkil edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?