Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, Ukraynanın mədəniyyət və strateji kommunikasiyalar naziri Mıkola Toçitski Kanadanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Natalya Smots və səfirliyin nümayəndələri ilə görüş keçirib.
“Ukraynalıları və kanadalıları ümumi dəyərlər birləşdirir. Kanadaya mübarizəmizə verdiyi dəstəyə görə minnətdarıq”, – Mıkola Toçitski vurğulayıb.
Görüş iştirakçıları Ukrayna və Kanada arasında institusional səviyyədə Rusiya dezinformasiyası və saxta xəbərlərlə mübarizə sahəsində əməkdaşlığı müzakirə ediblər.
Kanadanın Ukraynadakı səfiri Natalya Smots qeyd edib ki, “mədəni müqavimət, mədəni kimlik uğrunda mübarizə Ukraynanın qələbə və ədalətli dünya uğrunda mübarizəsində çox mühüm amillərdir və biz hamımız bu məqsədə çatmaqda tərəfdaşıq”.
Nazir vurğulayıb ki, Rusiya təbliğatı sivil dünyaya qarşı apardığı informasiya müharibəsində reallığı təhrif etmək üçün bütün vasitələrdən, o cümlədən kinodan istifadə etməyə çalışır. Bu kontekstdə Mıkola Toçitski “müharibəni daha dərindən dərk etmək” adı altında təcavüzkarın cinayətlərinə haqq qazandıran məhsulların yaradılması və beynəlxalq kinofestivallarda yayılmasının qarşısını almaq üçün kanadalı tərəfdaşlarla birgə səylərin göstərilməsinin zəruriliyini qeyd edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?