GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Qərbə anons verən İranın Rusiyaya hücumu - Hamıya açıq olacaq Zəngəzur yolu

Qərbə anons verən İranın Rusiyaya hücumu - Hamıya açıq olacaq Zəngəzur yolu

Tarix: 12-09-2024, 22:26 Bölmə :Dünya Baxış: 141

Qərbə anons verən İranın Rusiyaya hücumu -

Azərbaycanın torpaqlarını işğaldan azad etməklə regionda yeni geosiyasi vəziyyət yaratması öz təsdiqini bir daha tapıb. Cənubi Qafqazda böyük layihələr reallaşmaq üzrə olanda bu özünü daha qabarıq göstərir. Yaranmış şəraitə uyğunlaşmayanlar, adaptasiya oluna bilməyənlər, yaxud olmaq istəməyənlər çıxılmaz vəziyyətə salırlar. Düşdükləri hala görə başqalarını qınayırlar.

Son günlər Zəngəzur yolunun reallaşması istiqamətində Rusiyanın verdiyi açıqlamadan İran qıcıqlanır. Rəsmi Moskva bu yolun açılmasına 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatda razılığını verib. Bu baxımdan onun məsələyə yenidən müsbət yanaşmasını mövqeyini təkrarlamaq kimi də dəyərləndirmək olar.

İran hakimiyyəti də bu ideya müzakirə olunandan "regionda sərhədlərin dəyişməsi, minillik yolun bağlanması" ilə razılaşmayacağını bildirərək bu məsələni "qırmızı xətti" elan edib.

Ötən gün İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Zəngəzur yolu ilə bağlı məsələni müzakirə etmək üçün Rusiyaya səfər edib.

Bildirilib ki, o, Rusiyanın Milli Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşüb. Kremlin nümayəndəsi iranlı həmkarının diqqətinə Zəngəzur yolu ilə bağlı ölkəsinin dəqiq və stabil mövqeyi olduğunu çatdırıb: "Moskva Tehranla Zəngəzur yoluna dair əvvəlki razılaşmalara sadiqdir və bizim bu istiqamətdə siyasətimiz heç bir şəkildə dəyişməyib".

Şoyqu Birləşmiş Ərəb Əmirliyinin iddia etdiyi Əbu Musa, Böyük Tomb və Kiçik Tomb adalarla bağlı iddialara cavab olaraq bildirib ki, rəsmi Moskva bu əraziləri İranın torpaqları olaraq tanıyır: "Rusiya İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir".

Son günlər Rusiya və İran rəsmiləri, siyasiləri və analitikləri arasında Zəngəzur yolu ilə bağlı çox sərt müzakirələr aparılır.

Tehran hakimiyyəti yolun açılmasına qarşı çıxır, onu "Turan yolu", "türk birliyi", "NATO yolu" adlandıraraq bu layihənin gerçəkləşməsinə razılıq verdiyi üçün Rusiyanı qınayır. Bu kimi diplomatik açıqlamalar və söz güləşdirmələrdən belə nəticəyə gəlmək olar ki, bütün bu iddialar Azərbaycana deyil, Rusiyaya qarşı yönəlib.

Tehranla Moskva qərb blokunun təzyiqi və sanksiyası altındadır. Son günlər hər iki ölkəyə ABŞ, Böyük Britaniya yeni sanksiyalar tətbiq edib. ABŞ İranı Rusiyaya ballistik raketlər verməkdə ittiham edir, qarşı tərəf isə bunu inkar edir.

Bundan başqa, iki ölkə arasında neft və təbii qaz ticarətinə dair müəyyən anlaşma olduğu da gizli deyil.

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 5-də Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı bildirib ki, İran uzun müddətdir onlardan təbii qaz tədarük etmək istəyir: "İran uzun müddətdir bizdən qaz təchizatı istəyir. Bu, bizim üçün çox əlverişli yerdir, yataq yaxınlıqdadır. Güman edirəm ki, bu, tamamilə həyata keçirilə bilən layihədir. Bazarların çox böyük olduğunu nəzərdə tuturam. İranla qonşu ölkələrdə isə qaza böyük ehtiyac var".

Onun sözlərinə görə, "Qazprom" həm yeni bazarlara, həm də Rusiya iqtisadiyyatının artımı ilə əlaqədar daxili bazara qaz ixracı həcmlərini bərpa edəcək.

Bu yaxınlarda yayılan xəbərə əsasən, "Qazprom" (MOEX: GAZP) boru kəməri təchizatı ilə İran bazarına çıxmaq istəyir. 2024-cü ilin iyununda Moskva və Tehran uyğun memorandum imzalayıb. Analitiklərin hesablamalarına əsasən, Rusiyadan İrana ildə 3 milyarddan 10 milyard kubmetrədək qaz ixrac oluna bilər.

Habelə, İran Rusiyadan 20 "Mi-26", 12 "Mi-17" və üç "Ka-32A11M" ağır helikopteri almağı planlaşdırır.

Ehtimal etmək olar ki, Əli Əkbər Əhmədian bu kimi məsələləri Rusiya rəsmilərinin diqqətinə çatdırıb. Bu səfər üç adanın Rusiya tərəfindən İran ərazisi olaraq tanınmasına da səbəb olub.

İran Zəngəzur yolunu bəhanə edərək Rusiyaya qarşı təzyiqlər edir. Belə qənaətə gəlmək olar ki, o, bununla RF əleyhinə siyasətini uzlaşdırmağa cəhd edir. Ona görə də guya Rusiyanın Zəngəzur yolunun açılmasına razılıq verməsini heç zaman əməl etmədiyi "qırmızı xəttin" tapdanacağı kimi sırımağa çalışır. Çünki rəsmi Tehranın cızdığı xətt qonşu ölkənin suveren hüquqlarının pozulması deməkdir. Tehran bu addımı ilə Rusiyadan Qafqazda müstəqil oyunçu olaraq fəallaşmasını, maraqlarının nəzərə alınmasını istəyir.

İran bu regionda Rusiyanın maraqlarına üstünlük verib. Daha dəqiq desək, 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsindən sonra Tehran bölgə siyasətini "öncə Rusiya" ("Russia first") prinsipi üzərində qurub. Belə görünür ki, Zəngəzur yolunu bəhanə etməklə İran bu prinsipdən uzaqlaşmağa çalışır.

Heç şübhəsiz Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdur. Rəsmi Bakı başqa dövlətə qarşı ərazi iddiası olmadığını dəfələrlə vurğulayıb. Zəngəzur yolu isə sırf nəqliyyat marşrutudur. Yolun açılması isə İranla Ermənistan arasında nəqliyyat xəttinə mənfi təsir etməyəcək. İran əvvəllər olduğu kimi Ermənistan üzərindən Gürcüstana və Qara dəniz hövzəsinə çıxa bilər və s.

Bu baxımdan Tehran rəsmiləri və təbliğat maşınının yol layihəsi yersizdir. Ona görə ehtimal etmək olar ki, İran bu məsələni alver vasitəsi olaraq görür. Başqa sözlə, Tehran Zəngəzur layihəsinin reallaşmasına qarşı çıxmayacağı qarşılığında "mənə nə çatacaq?" eyhamını vurur. O, Rusiyaya çatdırmaq istəyir ki, Qərblə Moskvaya qarşı mövqelərini uzlaşdıra bilər. Bu halda isə Ukrayna cəbhəsində, perspektivdə Rusiyanın İranda reallaşdırmağı planlaşdırdığı təbii qaz bazarında problemi yaranacaq. Belə bir vəziyyət RF-nin həm də perspektivdə beynəlxalq aləmdə tərəfdaşlarından birini itirməsi ilə nəticələnər.

Ona görə də Əli Əkbər Əhmədianla görüşdə Şoyqu bir neçə ay öncə mübahisəli saydıqları üç adanı birmənalı olaraq İran torpaqları olaraq tanıyıb. Bunu Moskvanın Tehrana ilk hədiyyəsi kimi də qiymətləndirmək olar.

Belə görünür ki, İran bəhs etdiyimiz layihə ilə bağlı Qərbdən də pay, güzəşt gözləyir. Tehran Rusiya üzərinə yeriməklə özünü onlara göstərib. İslam Respublikasının bu davranışını Qərbə güzəşt əldə etmək üçün anons da saymaq olar.
İran hakimiyyəti qonşular və müsəlman dövlətləri ilə əlaqələri inkişaf etdirmək istədiklərini bildirir. Bu baxımdan onun türk dövlətləri əlaqələrdən daha çox qazana bilər. Onda Rusiya ilə Qərb arasında variasiya etməsinə ehtiyac da yaranmaz.
Bundan başqa Azərbaycan Şimal-Cənub istiqamətində dəhlizin yaradılmasının fəal iştirakçısıdır. Layihənin reallaşmasına respublika milyonlarla dollarlıq maliyyə vəsaiti qoyub. Odur ki, rəsmi Bakı bütün istiqamətlərdə marşrutların reallaşmasında maraqlıdır. Bu, region və kənar ölkələrin əməkdaşlığının, əlaqələrinin genişlənməsi üçün əlavə fürsət yaradır. Zəngəzur yolundan İran özü də Avropa bazarlarına çıxmaq üçün alternativ yol kimi faydalana bilər.

İranın Rusiyaya hücumu hər iki tərəfə ziyan verər. Tehran və Moskva üçün Zəngəzur yolunda ortaq məxrəcə gəlmək ən uğurlu çıxış yolu sayılır. Odur ki, bu dəhliz hamıya açıq olacaq. Xeyirli açıq qapıları üzünə bağlayanlar adətən uduzub.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” – Əli Şəmxani

    “İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” ...

    16-04-2017, 18:00

  • 
  • İran rəhbərliyi Ermənistanın küyünə getməsə yaxşıdır - Politoloq Rəisinin narahatlığından DANIŞDI

    İran rəhbərliyi Ermənistanın küyünə getməsə ...

    11-08-2022, 20:27

  • 
  • Ələt-Astara–İran yolu 38 km qısaldıldı - Foto

    Ələt-Astara–İran yolu 38 km qısaldıldı - Foto ...

    7-07-2017, 10:39

  • 
  • Trampın “yeni İran strategiyası” nə vəd edir?

    Trampın “yeni İran strategiyası” nə vəd edir? ...

    10-12-2017, 18:53

  • 
  • Bakı Brüsseldə bu məsələni masaya qoya bilər - GƏLİŞMƏ

    Bakı Brüsseldə bu məsələni masaya qoya bilər - ...

    6-04-2022, 11:58


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (64)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu