Ələt-Astara istiqamətində yeni yolun əsas hissəsinin tikintisi yekunlaşıb.
Gündəm Xəbər Azəravtoyol ASC-nin məlumatına istinadən bildirirki, Ələt-Astara–İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun 31-ci km-dən başlayaraq, Astara şəhərinədək inşa olunan yeni yolun uzunluğu 174 km-dir.
Layihə çərçivəsində yeni yol 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Yol yatağının eni 26.5 metr təşkil edir.
Yeni Ələt-Astara avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yol boyu 69 yeraltı keçidin, 47 körpünün və 3 qovşağın tikintisi nəzərdə tutulub.
Hazırda Yenikənd-Salyan-Şorsulu, Cəlilabad-Masallı və Masallı-Astara hissələri üzrə son tamamlanma işləri həyata keçirilir.
Qeyd edək ki, hazırda mövcud olan Ələt-Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 km təşkil edir. İnşası aparılan yeni yol istifadəyə verildikdə isə bu məsafə 38 km qısalaraq 205 km olacaq. Böyük əhəmiyyətə malik yolun tikintisi turizmin və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?