"Müharibə illərində könüllü qruplar tərəfindən yaradılan şəhid məqalələri azərbaycanlı vikipediyaçılar tərəfindən tamamilə silinib"...
Bununla bağlı texnobloqer Fərid Pərdəşünas sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, müharibə dövründə könüllü qruplar tərəfindən yaradılan məqalələr tamamilə silinib:
"Onlar buna səbəb kimi, şəhidlərin qeyri-ensiklopedik şəxslər olduğunu əsas gətiriblər. Bu işi qaldıran və icmada razılıq olmadan edənlər, yaxınlarda vətənə xəyanət maddəsi ilə həbs olunan Bəhruz Səmədovun Azərbaycan dili də daxil olmaqla beş dildə məqaləsini yaradıb. "Artsax"a müstəqillik arzulayan, azərbaycanlı olduğu üçün utanc duyan Bəhruz Azərbaycan alimi, sülh tərəfdarı kimi müxtəlif dillərdə vikipediyaya yerləşdirilib. Qlobal vikipediya fondundan heç bir istək və məhdudiyyət olmadan illərdir məqaləsi olan şəhidlər silinib. Bu, birbaşa azərbaycanlı vikipediyaçıların şəxsi təşəbbüsü əsasında olub. Aylardır buna zəmin hazırlanırdı. Təsəvvür edin, Azərbaycanda adına küçə olan, illərini vətənə xidmətlə keçirən, beş medal sahibi şəhid bu ölkə üçün qeyri-ensiklopedik adlandırılıb və vikipediyadan silinib. Əvəzində məşhur şəxslərin məqalələri qalır. Bəli, bunu edənlər azərbaycanlılardır. Mənim məqaləmin silinmə səbəbi də hakimiyyətyönümlü fəaliyyətdə günahlandırılmağım və prezident mükafatı almağım idi. Hər şey gün kimi ortadadır və Azərbaycan vikipediyasının saxta anarxistlərin əlində olduğunu göstərir. Bu etdiyiniz haqlı mübarizə metodu deyil. Amma əmin olun ki, sizə uyğun mübarizə və cavab mən tərəfdən olacaq. Bu işi edənləri adbaad ortaya çıxarmışam. Əgər hələ də Azərbaycanda həqiqi vikipediyaçılar varsa, bu mövzuda mənə dəstək olsunlar. Sizin adınızı açıqlayacam. Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə haqqınızda bütün detalları ötürəcəm. Medianı bu mövzunu işıqlandırmağa çağırıram"./oxu.az/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?