Gundemxeber.az » Dünya » İspaniyaya gələn qeyri-qanuni miqrantların sayı 50% artıb
2024-cü il yanvarın 1-dən sentyabrın 15-dək İspaniyaya 38 minə yaxın qeyri-qanuni miqrant gəlib. Bu barədə krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, DİN-in məlumatına görə, bu, göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,1% çoxdur. Eyni zamanda, ən çox miqrant Kanar adalarına gəlib - demək olar ki, 27 min nəfər. Bu, 2023-cü ilin yanvarından sentyabrın ortalarına qədər qeydə alınan göstəricidən 85,1% çoxdur.
Kanar adalarında qeyri-qanuni mühacirlərlə bağlı vəziyyət keçən il arxipelaqa 39,9 min miqrantın gəldiyi zaman pisləşib. Bu rəqəm 2022-ci illə müqayisədə 154,5% çoxdur.
Gundemxeber.az
10-03-2016, 23:48
28-05-2016, 23:26
28-03-2024, 14:17
19-05-2020, 14:22
10-08-2021, 12:45
Sorğu
Yeni dizaynımız necədir?