Gundemxeber.az » Dünya » Ermənistan hərbi ehtiyaclarının 30 faizini daxili istehsal hesabına təmin etmək istəyir
Ermənistan hərbi-texniki tələbatının 30 faizini yerli istehsal hesabına təmin etməyi qarşısına məqsəd qoyub.
Gundemxeber.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan II Ümumdünya Erməni Sammitində deyib.
O bildirib ki, 2020-ci illə müqayisədə Ermənistanın hərbi-sənaye kompleksi məhsullarının sifariş həcmi 100 dəfə artıb.
“Əgər əvvəllər Rusiya ilə hərbi-texniki əməkdaşlığımız 96 faizdən çox idisə, indi bu rəqəm 10 faizdən də azdır. Bu gün bizim hərbi-texniki əməkdaşlıq sahəsində bir neçə mühüm tərəfdaşımız var, Hindistan və Fransa da onların arasında yer alır”, - A.Qriqoryan qeyd edib.
16-07-2018, 15:00
27-11-2013, 00:07
13-08-2017, 12:04
27-11-2013, 00:49
14-12-2016, 22:10
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?