GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » “Yasin Hüseynzadə İranın mövcud rejiminin obrazlarından biridir” - HƏQİQƏTƏN DƏ...

“Yasin Hüseynzadə İranın mövcud rejiminin obrazlarından biridir” - HƏQİQƏTƏN DƏ...

Tarix: 19-09-2024, 12:07 Bölmə :Dünya Baxış: 114

“Yasin Hüseynzadə İranın mövcud rejiminin obrazlarından biridir”

Azərbaycan İranla münasibətləri yaxşılaşdırmağa çalışsa da, Tehran özünün qərəzli, məkrli davranışlarından geri çəkilmir. Bunun bir nümunəsi də Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törətmiş Yasin Hüseynzadəni faktiki olaraq cəzadan yayındırmağa çalışmasıdır. Məsələ ondadır ki, terrorçu ilə bağlı çıxarılan hökmün icrası artıq bir ilə yaxındır baş tutmur.

Yasin barəsində məhkəmə 2023-cü il oktyabrın 2-də ölüm hökmü çıxarıb. Ancaq bu hökm bir ilə yaxın vaxt ərzində icra edilməyib, bu haqda heç danışmaq belə istəmirlər.

Report belə bir xəbər yayıb ki, edamla bağlı qərar tez bir zamanda icra olunmasa, Azərbaycan İrandakı səfirini növbəti dəfə geri çağıra bilər.

Yasin Hüseynzadənin belə qorunması bir daha terrorun dövlət səviyyəsində həyata keçirildiyinə dair ehtimalları gücləndirir, Tehranın terroru dəstəkləyən ölkə imicini bərkidir.

Yasin Hüseynzadənin xüsusi xidmət orqanlarının əlamanı olması da sirr deyil. O, İran-İraq müharibəsi zamanı SEPAH sıralarında vuruşub, 31-ci Aşura diviziyasında da iştirak edib. 1999-cu ilə qədər Təbrizdə SEPAH qərargahında yük maşını sürücüsü işləyib.

1999-2006-cı illərdə Mərənddəki Yaldur məscidinə bağlı “Bəsic” qüvvələrinin komandanı olub. Yasinin Təbrizdə “Bəsic” və SEPAH qüvvələri ilə birlikdə Bükan və Marağada baş verən antihökumət etirazlarının dağıdılmasında iştirak etdiyi barədə məlumatlar var.

Böyük ehtimalla Tehran Yasini qorumaqda davam edir, hətta onun hazırda həbsdə olmamasına dair iddialar da var.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin əvvəlində bəyan edib ki, Tehranda səfirlik öz fəaliyyətini iki şərtlə bərpa edə bilər: cinayətkar layiqli cəzasını alsın və İran səfirlik əməkdaşlarının təhlükəsizliyinə tam zəmanət versin.

İran isə faktiki bunu etmir, heç edam cəzasını icra etmir. Belə vəziyyətdə Azərbaycanın öz səfirini, ümumiyyətlə, geri çağırması tamamilə yerinə düşən məsələdir.

İran niyə belə edir, bununla verdiyi mesaj nədir?

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Elçin Mirzəbəyli terrorçunun əslində İran rejiminin obrazı olduğunu vurğuladı: “Bütün dünyada terrorun dəstəkçisi kimi tanınan, bu ağır cinayət əməlini həm ölkə daxilində, həm də xaricdə öz maraqlarının təmin edilməsi, təzyiq və təhdid aləti kimi qoruyub saxlayan bir məzhəbçi siyasi rejimin terrorçunu himayə etməsindən təbii heç nə yoxdur. Yasin Hüseynzadə İranın mövcud rejiminin obrazlarından biridir. Onu İslamın müqəddəs dəyərlərinin təhrif edilməsi üzərində formalaşan, ölücü saxta ideologiya, cəhalət və xurafat, total zombiləşdirmə siyasəti üzərində formalaşan, türk və müsəlman dünyasına qənim kəsilən, bölgədə xarici maraqların ifadəsini təfriqə üçün formalaşdırılan rejim "dünyaya gətirib". Yasin Hüseynzadə haqqında çıxarılmış hökmün gerçəkləşməməsi sübuta yetirib ki, rejimin “doğduğu” yüzlərlə təpəgözdən biri olan Yasin, sadəcə, icraçıdır. Azərbaycan Respublikasının Tehrandakı səfirliyində gerçəkləşdirilən teror aksiyası ilə bağlı bütün görüntülər sübuta yetirir ki, Yasin Hüseynzadənin öz cinayətkar əməlini gerçəkləşdirməsi üçün İranın təhlükəsizlik təsisatları tərəfindən bütün imkanlar yaradılıb. Diplomatlara qarşı terror aksiyası həyata keçirən qatı cinayətkardan müsahibə götürülməsi və bu müsahibənin İranın dövlət kanalında nümayişi, bütövlükdə bəşər tarixində görünməmiş hadisədir.

Yasin Hüseynzadənin həbsxanada olmaması ilə bağlı məlumatların həqiqliyinə şübhə etmək üçün də heç bir əsas yoxdur. İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH belə “metod”lardan əvvəllər də həm ölkə daxilində, həm də xaricində geninə-boluna istifadə edib.

Qeyd edim ki, SEPAH hələ 1996-cı ildə “Mize-təhrir Azərbaycan” (Azərbaycan masası) adlı xüsusi casus qrupu yaradıb. Rejim “Şaziman-i-İttilat” və SEPAH-ın zabitləri arasından xeyli sayda insan seçərək onlara Azərbaycan dili, mədəniyyəti, coğrafiyası ilə bağlı təlimlər keçib. Sözügedən şəxslər din, siyasət, iqtisadiyyat, mədəniyyət, təhlükəsizlik, hərbi və mülki idarəçilik sahəsində fəaliyyət göstərmək üçün ixtisaslaşıblar. Sonra bu şəxslərin bir hissəsi Azərbaycana göndərilib. Onlar verilən təlimatlara uyğun olaraq, vətəndaşlıq almaq üçün azərbaycanlı qadınlarla ailə həyatı qurublar. Vətəndaşlıq alanların bir qismi müxtəlif bölgələrdə biznes fəaliyyəti ilə məşğul olub, daha “fərasətliləri” isə mülki və hərbi diplomatiya, siyasət, incəsənət, QHT, media, din və digər sahələrə nüfuz ediblər. Araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan səfirliyində qanlı terror aksiyasını törədən Yasin Hüseynzadə həmin casus şəbəkəsinin üzvü olub və onun qardaşı, Urmiyədə kitab ticarəti ilə məşğul olan Rəhman Hüseynzadə də SEPAH-ın xüsusi missiyasını həyata keçirir. Təbii ki, bu missiyaya azərbaycanlı şairlərin əsərlərinin İranda nəşr edilməsi adı altında onların ələ alınmaları da daxildir. Rəhman Hüseynzadə Təbriz, Urmiyə, Zəncan və digər şəhərlərdə, guya Azərbaycan ədəbiyyatının təbliğatı ilə məşğul olan, əslində isə SEPAH-ın kəşfiyyat planlarını icra edən qrupun əsas əlaqələndiricilərindən biridir.

Bu baxımdan, İranınm əzhəbçi-siyasi sisteminin Yasin Hüseynzadəni qorumasında, himayə etməsində təəccüblü heç nə yoxdur.

Düşünürəm ki, terrorçunu himayə etməklə Azərbaycana “göz dağı” verməyə çalışan İran az qala hər gün dünyanın gözü qarşısında rüsvay olduğuna diqqət çəksə, daha yaxşı olar. Məsələn, SEPAH-ın İranın Livandakı səfiri də daxil olmaqla ən azı 2750 “Hizbullah” terrorçusuna, onların təhlükəsiz rabitəsini təmin etmək üçün payladığı telefonların bir anın içərisində partlaması və nəticədə sözügedən telefonlardan istifadə edənlərin ağır xəsarət almaları, onlarla Hizbullah üzvünün ölməsi və ağır yaralanması, Tehranın, hətta “dünyaya gətirdiyi” terrorçuları belə sonunadək himayə etmək gücündə olmadığını sübuta yetirir. Yasin Hüseynzadənin də aqibətinin digər terrorçulardan fərqlənməyəcəyini düşünürəm".

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva molla rejiminin edam qərarının icrasını yubatmasını bu amillərlə izah etdi: “Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən və İrandakı diplomatik düşərgəmizin əməkdaşını qətlə yetirən, bir nəfəri yaralayan Yasin Hüseynzadə peşəkar terrorçudur. O, SEPAH-ın təlim məşqlərini keçmiş, ali hazırlıq dərəcələrinə malik silahlı radikal fiqurdur. Ona görə də Tehran hökuməti yetişdirdiyi belə bir terrorçunu elə-belə xərcləmək istəmir. Bu səbəbdən də onun edamını yubadır.

Həmin terrorçunun dəfələrlə digər teraktlarda da iştirak etdiyi istisna olunmur. Hətta səfirliyimizə hücumun ilk həftələrində güneyli fəallarımız bu terrorçu ilə bağlı araşdırmalar paylaşırdılar. İddia edirdilər ki, Yasin Hüseynzadə adlı məxluq Təbriz və Tehrandakı bir sıra küçə nümayişlərində əsas katalizator kimi iştirak edirmiş, kütləni qızışdırdıqdan sonra “yoxa” çıxırmış. Elə bu faktın özü sübut edir ki, Yasin Hüseynzadə SEPAH-ın terror qanadına məxsus şəxsdir. Ondan ancaq müəyyən əməliyyatlarda istifadə olunub, daha sonra bir kənara atılıb.
Düşünürəm ki, İran hazırda özünü İslam dövləti kimi yox, məhəllə respublikası kimi aparır. Özünə və dövlətçilik ənənələrinə hörmət edən bir ölkə öz qərarlarına hörmətlə yanaşmalıdır. Edamı gecikdirmək isə birbaşa İranın özünə hörmətsizliyidir. Digər tərəfdən, İran hər zaman terroru dəstəkləyən bir ölkə olub. İndi də özünü terrorun və terrorçunun hamisi kimi aparır.

Yadınıza gəlirsə, molla rejimi hadisənin ilk günlərində əvvəlcə terrorçunu “ruhi xəstə” elan etmişdi. Sonra İran dövlət televiziyası “ruhi xəstə” donu geydirdiyindən müsahibə götürüb efirə verdi. Bütün bunlar İranın terror üçün necə bir donor olduğunun göstəricisidir.

Əgər edam məsələsi geciksə, Azərbaycan İrandakı səfirini geri çağıracaq. Çünki Azərbaycan özünə və dəyərlərinə, dövlətçilik gələnəklərinə hörmətlə yanaşan bir dövlətdir. Bu isə Bakı ilə Tehran hökuməti arasındakı çoxəsirlik əlaqələrin və çoxtərəfli ənənələrin zədələnməsi deməkdir. Tehran hökumətinin Cənubi Qafqazdakı bütün dayaqları zədələnəcək. Ermənistanın Amerika silahlarını Zəngəzura yığması, ABŞ-a İrana gələcək üçün dəhliz açması da Tehran hökumətini silkələmirsə, deyiləcək çox söz yoxdur. Doğma bacısı adlandırdığı İrəvan hazırda Tehrana növbəti badalaq gəlməyə çalışır. Halbuki 44 günlük Vətən müharibəsi dövründə İran hər vəchlə işğalçı Ermənistanı müdafiə edir, onu dəstəkləyirdi. “Zəngəzur bizim qırmızı xəttimizdir” - deyirdi. Ümid edirəm ki, molla rejimi səhvini başa düşəcək və terrorçu Yasin Hüseynzadəni edam edəcək.
Hətta terrorçu Hüseynzadənin edamının gecikməsi elə teraktın sifarişçisinin də SEPAH, daha doğrusu, molla rejiminin ali dini lideri olduğunu ortaya çıxarır"./“Yeni Müsavat”/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq - Hamı bu azərbaycanlıdan danışır

    17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq - Hamı ...

    19-04-2019, 13:34

  • 
  • YAŞIN NƏ FƏRQİ VAR Kİ, SEVİRƏM SƏNİ... (FOTOLAR)

    YAŞIN NƏ FƏRQİ VAR Kİ, SEVİRƏM SƏNİ... (FOTOLAR) ...

    25-12-2016, 20:15

  • 
  • Hacıbala Abutalıbovdan  Şəhidlər Xiyabanında yasin qadağası

    Hacıbala Abutalıbovdan Şəhidlər Xiyabanında yasin ...

    29-04-2013, 20:09

  • 
  • Almaniya Bundestaqı “erməni soyqırımı”nı tanıdı; Türkiyə səfirini geri çağırdı

    Almaniya Bundestaqı “erməni soyqırımı”nı tanıdı; ...

    3-06-2016, 01:05

  • 
  • “Yasin” surəsinin misilsiz fəzilətləri

    “Yasin” surəsinin misilsiz fəzilətləri ...

    20-02-2016, 20:01


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (460)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu