Türkiyə XİN Almaniya Bundestaqının qondarma “erməni soyqırımı” qətnaməsini qəbul etməsinə cavab olaraq bu ölkədən səfirini geri çağırıb.
Səfir Hüseyn Avni Karslıoğlu bu gün axşam saatlarında İstanbula gələcək. Onun “məsləhətləşmələr üçün” geri çağırıldığı bildirilir. Hələlik Türkiyə prezidenti Ərdoğanın və hökumətin Bundestaqın qərarına reaksiyası məlum deyil. Bununla belə AKP sözçüsü Yasin Aktay Almaniya parlamentindəki səsvermənin iki ölkə münasibətlərinə ciddi zərər verdiyini deyib.
***
Almaniya parlamentinin aşağı palatası Osmanlı imperiyası dövründə erməni qətliamını soyqırım kimi tanıyan qətnamə qəbul edib.
Deputatlar iyunun 2-də keçirilən səsvermədə bu simvolik qətnamənin lehinə səs verib.
5 səhifəlik sənəd “ 1915-1916-cı illərdə ermənilər və digər xristian azlıqların soyqırıma məruz qalmasını anmağa çağırır”.
Ermənilər həmin vaxt milyon yarım erməninin soyuqırımına məruz qaldığını təkid edir.
Türkiyə isə bu rəqəmin şişirdildiyini və həmin vaxt baş verən vətəndaş müharibəsində hər iki tərəfdən xeyli ölənlər olduğunu bildirir.
Şərhçilər hesab edir ki, bu Türkiyə ilə Avropa Birliyi arasındakı miqrant razılaşmasının həyata keçirilməsini daha da çətinləşdirəcək.
Bu razılaşmada Türkiyənin bütün qanunsuz miqrantları qəbul eləməsi, əvəzində ona əlavə vəsait ayrılması, Türkiyəyə qarşı viza rejiminin ləğvi və onunla üzvlük danışıqlarının tezləşdirilməsi nəzərdə tutulur.
Türkiyə prezidenti Racep Tayyip Erdogan dəfələrlə bəyan edib ki, belə bir qətnamənin qəbulu ikitərəfli münasibətləri əngəlləyəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?