Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi mütəşəkkil cinayətkar dəstənin fəaliyyətinin qarşısının alındığını elan edib. Ümumilikdə 50 nəfər saxlanılıb.
Gundemxeber.az xarici KİV-ə istinadla Saxlanılan şəxslər xüsusilə böyük məbləğdə mal və avtomobillərin oğurlanmasının təşkilində, eləcə də mütəşəkkil cinayətkarlığın maliyyələşdirilməsində şübhəli bilinirlər.
“Onlar etimaddan istifadə edərək 20-dən çox insanın 2 milyard tengedən artıq məbləğdə əmlakını oğurlayıblar”, – məlumatda bildirilib.
Sentyabrın 18-də Qazaxıstanın Astana, Almatı və Şımkent şəhərləri, Aktobe, Atırau, Almatı, Jetısu, həmçinin Qərbi Qazaxıstan və Pavlodar vilayətlərində mütəşəkkil cinayətkar dəstə üzvlərinin tutulması istiqamətində əməliyyat keçirilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?