ABŞ-ın vitse-prezidenti Kamala Harris respublikaçı rəqibi Donald Trampı 5 faiz qabaqlayır.
Gundemxeber.azxəbər verir ki, belə bir nəticə "NBC News" tərəfindən xüsusi sorğu əsasında müəyyən edilib.
Harris namizəd olduqdan sonra ona necə münasibət bəslədiklərini soruşduqda, qeydiyyatdan keçmiş 1000 seçicinin 48%-i müsbət rəydə olduqlarını bildiriblər. Bu rəqəm iyul ayında 32% olub. Belə bir reytinq sıçrayışı son dövlərlərdə qeydə alınmayıb.
Sorğuda iştirak edənlərin 40%-i Tramp haqqında müsbət fikirdə olduqlarını ifadə ediblər. Halbuki iyulda bu rəqəm 38%-dən çox olub.
"CBS News" kanalının sorğusu da Harrisi Trampdan 4 faiz irəlidə göstərib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?