Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ prezidenti Co Baydenə təqdim edəcəyi “qələbə planı”nda Ukrayna ordusunun Kursk bölgəsində əməliyyatının davam etdirilməsi və Qərbdən “xüsusi” müasir silahlar alınması yer alıb.
Gundemxeber.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb. Qəzetin məlumatına əsasən plana Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi və müharibədən əziyyət çəkən Ukrayna iqtisadiyyatına beynəlxalq maliyyə yardımın təmin olunması da daxildir. “Ukraynanın qalib gəlməsini istəyən bütün siyasi qüvvələr rəsmi vəzifələrdə olduğu zamanda gəlin, bütün bunları edək”, - deyə Zelenski bildirib. “The Times”ın məlumatına görə Ukrayna prezidenti bununla Donald Trampın Rusiyaya ərazi güzəştləri yolu ilə müharibəni dayandırmaq təklifindən olduqca narahatdır. Ukrayna lideri rəsmi Kiyevin “qələbə planı”nının beş bənddən ibarət olduğunu bildirib. "Dördü bizə savaşda lazımdır, biri isə müharibədən sonradır",-deyə o, NBC News-a verdiyi müsahibədə bildirib. Baydendən başqa, Zelenski öz planını ABŞ prezidentliyinə namizədlərə – vitse-prezident, demokrat Kamala Harris və respublikaçı Trampa təqdim edəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?