GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Varlı övladlarını qumarda BELƏ SOYDULAR - ŞOK TƏFƏRRÜAT

Varlı övladlarını qumarda BELƏ SOYDULAR - ŞOK TƏFƏRRÜAT

Tarix: 24-09-2024, 10:49 Bölmə :Dünya Baxış: 121

Qumara aludə olan insanlar psixoloq və ya psixoterapevtə müraciət etməklə vəziyyətdən çıxa bilərlər
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvlərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirməsi barədə məlumat vermişdik.

Yada salaq ki, DİN İnstagram sosial şəbəkəsində müxtəlif anonim adlarla açılmış səhifələrin vətəndaşları internetdə qumar oyunlarına cəlb etdiklərini müəyyən edib. Müəyyən edilib ki, dəstəyə başçılıq edən 1999-cu il təvəllüdlü Elmidar İsmayılzadə 1974-cü il təvəllüdlü Eldəniz İsmayılov daxil olmaqla, 30 nəfərə yaxın şəxsi öz cinayət əməllərinə cəlb edərək onlayn qumar oyunları təşkil ediblər.

Cinayətkar şəbəkənin üzvləri gizliliyi təmin etmək məqsədilə Rusiya, Ukrayna, Türkiyə və sair ölkələrə məxsus mobil nömrələrdən istifadə etməklə sosial şəbəkələrdə çoxsaylı səhifələr açmış və müxtəlif şirnikləşdirici vədlərlə vətəndaşları xarici ölkələrə məxsus saytlar üzərindən qumar oyunlarına cəlb ediblər. “Fast Loto”, “CHCPlay” kimi qeyri-leqal saytlara birbaşa adminlik statusu əldə edən şəbəkənin əsas üzvləri ölkə ərazisində çoxşaxəli virtual idarəetmə sistemi quraraq mobil qruplar şəklində kirayə götürdükləri və mütəmadi olaraq dəyişdikləri mənzillərdə Elmidar İsmayılzadə və Eldəniz İsmayılovun göstərişləri əsasında fəaliyyət göstəriblər. Qumar oyunlarında şərti olaraq “qurban” adlandırılan şəxslər pul vəsaitlərini dəstə üzvlərinin onlara göndərdikləri bank kartlarına köçürüblər.

Əməliyyat zamanı aşkar olunan 1.157 bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq cinayət fəaliyyətində istifadə edilib. Öz kartlarını dəstə üzvlərinə təqdim edən şəxslər isə onların əsl niyyətlərindən xəbərsiz olublar.

Axtarışlar zamanı saxta adlarla sənədləşdirilmiş xarici ölkələrə məxsus 110 ədəd mobil telefon nömrəsi, 2 milyon manat məbləğində nağd pul vəsaiti və sair maddi sübut kimi götürülüb. Aparılmış araşdırmalarla şəbəkənin üçüncü şəxslərin adlarına istifadə etdiyi bank hesablarına 20 milyon manatdan artıq vəsaitin mədaxil olduğu müəyyənləşdirilib.

Şəbəkənin cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqal dövriyyəyə daxil etmək üçün pul vəsaitlərini kriptovalyutaya çevirərək xarici ölkələrə göndərməsini təşkil edən 1988-ci il təvəllüdlü Rövşən Məmmədov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla dəstənin 3 milyon 375 min manat məbləğində pul vəsaitini kriptovalyuta şəklində xarici ölkələrə göndərdiyi məlum olub. İstintaq zamanı şəbəkə üzvlərinin qanunsuz yolla əldə etdikləri vəsaitlərlə aldıqları ümumi dəyəri 10 milyon manat olan 25 mənzil, torpaq sahələri, bağ evləri, ticarət obyektləri, “Mercedes Galenvagen”, “Lexus”, “Range Rover” markalı lüks avtomobillər müəyyən edilərək məhkəmə qərarları ilə üzərlərinə həbs qoyulub.

Bəllidir ki, Azərbaycanda internet üzərindən qumarı varlılar oynayır, əsasən də imkanlıların övladları. İddia var ki, bir neçə imkanlı şəxsin övladları son aylar bu qumarda külli miqdarda pul uduzublar. Bununla bağlı DİN-ə də müraciətlər olub, bu şəbəkənin Azərbaycan seqmentində bağlanması istənilib. DİN bu şəbəkənin izinə çoxdan düşübmüş, bu müraciətlər isə dəstənin ələ keçməsini daha da sürətləndirib.

Bəs kazinoda, qumar oyunlarında qazanmaq mümkündürmü? Və ən əsas sual - bu asılılıqdan necə qurtulmaq olar?

Mobil telefonların kütləviləşməsinə qədər qumar həvəskarları bir ətək pul xərcləyib Las-Vegasa üz tuturdularsa, artıq vəziyyət dəyişib. Hər kəsin telefonunda kazino proqramları var. Bircə kliklə proqramı endirib oyunçuya çevrilmək mümkündür.

Kazino oyunlarında slot maşınlardan istifadə olunur. Slota elə telefon üzərindən pul ötürürsünüz, oyun parametrlərini təyin edirsiniz və mərc edirsiniz. Simvollar ekranda fırlanır və oyunçunun vəzifəsi qalib kombinasiya toplamaqdır. Bütün bunlar bir alqoritmə uyğun olaraq baş verir: əl çevikliyi, ekrana var gücünlə sıxmaq nəticəyə təsir göstərmir. Slotun davranışını proqnozlaşdırmaq, sadəcə, mümkün deyil.

Burada “oyunu kmobilim başladırsa, o da oyundan qazancla çıxır” deyimi keçərlidir. Kazino oyunlarından - fərq etmir, siz fiziki olaraq kazinoya getmisiniz, telefonda qumar oynayırsınız, qazanılan uduşların çoxu kazinodan deyil, digər insanların itkilərindən əldə olunur.

Kredit Kartı Saxtakarlığını Önəmli Onlayn Kazino Təhlükəsizliyindən Necə Qorumaq

Qumar obyektlərində slot maşınlarından başqa rulet, zər atma və kartlar var. Bütün bu oyunlar da şans qanunlarına əsaslanır. Əgər poker və ya blackjack oyununda oyunçunun bacarığı və təcrübəsi nəticəyə təsir edə bilərsə, digər əyləncələri sevənlərin şansları bərabərdir. Yalnız bir oyunçunun zəmanətli qələbəsi var - o da kazinonun özüdür.

Bəs qazanma ehtimalı çox aşağıdırsa, insanlar niyə daim azart oyunlara meyl edir?

Mütəxəssislər deyir ki, bütün bunlar psixologiya ilə bağlıdır. İnsanlar böyük mükafatlar üçün risk etməyi sevirlər. Lakin çox vaxt şanslarını real olandan çox qiymətləndirirlər. İnsanların ehtirasla pul qazanmağın başqa bir məşhur yolu lotereyalar və bukmekerlərdir. Bir çox insanlar mümkün qələbənin onların həyatını kökündən dəyişdirəcəyini düşünür, lotereyalardan öz qazancları haqda açıq şəkildə danışırlar. Faktiki isə təşkilatçılar satılan biletlərin pulunun 50-70 faizinə sahiblənirlər. Bu gün real olan budur ki, ildırım vurmasından ölmək lotereyada, mərc oyunlarında udmaqdan daha asandır.

Amma insanlar lotereya biletlərini daha çox maraq və əyləncə üçün alırlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək pensiyalarını paylayanda, dükan-bazarlarda “poz-qazan” lotereyalarına aludə olan xeyli təqaüdçü görürük. Belə lotereyalar aşağı qiymətə satılır, bir çoxları üçün əlçatandır və uduşlar da cazibədardır. Odur ki, əksəriyyət şansını yoxlayır. Hər dəfə uduzduqca, lotereyadan asılılıq da artır - adamda verdiklərini geri almaq, uduşun ona çatacağını sübut etmək arzusu yaranır.

Qumar oyunlarının əsas cəlbediciliyi də bundadır. Uduzanlar verdiklərini geri almaq, udanlar isə daha artıq udmaq arzusu, həvəsi ilə alışıb yanır. Kazino aludəçiləri oyuna başlamağa, lotereya biletlərinə taleyi dəyişən şans görənlər də tez bir zamanda lotereya almağa tələsirlər. Bundan ötrü banklardan borc götürənlər, maşınlarını, evlərini satanlar da az deyil.

"Qumar asılılığından qurtulmaq mümkündürmü" sualına mütəxəssislər dəqiq cavab verə bilmir. Deyirlər ki, hər insan qumara aludə olduğunu etiraf etmək gücünü özündə tapmır. Belə insanlar psixoloq və ya psixoterapevtə müraciət etməklə vəziyyətdən çıxa bilərlər./musavat.com/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gizli qumarxana işlədənlərə hökm oxundu

    Gizli qumarxana işlədənlərə hökm oxundu ...

    21-02-2015, 12:04

  • 
  • “İnstagram” sosial şəbəkəsində universitetlərə qəbul imtahanlarında keçid balının qaldırılması və bu kimi uydurma xidmətlər təklif edərək insanların pulllarını mənimsəyən şəxs saxlanılıb - ŞOK TƏFƏRRÜAT (FOTO)

    “İnstagram” sosial şəbəkəsində universitetlərə ...

    2-11-2018, 12:52

  • 
  • Paytaxtda və Sumqayıtda qanunsuz qumarxanalar aşkar edilib

    Paytaxtda və Sumqayıtda qanunsuz qumarxanalar ...

    21-08-2013, 00:21

  • 
  • Polis keçmiş deputatı qumar oynayarkən yaxaladı

    Polis keçmiş deputatı qumar oynayarkən yaxaladı ...

    13-01-2014, 23:47

  • 
  • “İnstagram”da narkotik təbliğ edən şəxs həbs olunub

    “İnstagram”da narkotik təbliğ edən şəxs həbs ...

    31-01-2020, 16:47


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (64)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu