GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » ABŞ Konqresi Bakının “qırmızı xətti”ni keçdi - qondarma mövzu dinləmələrdə...

ABŞ Konqresi Bakının “qırmızı xətti”ni keçdi - qondarma mövzu dinləmələrdə...

Tarix: 24-09-2024, 11:47 Bölmə :Dünya Baxış: 133

ABŞ Konqresində Azərbaycanın Qarabağa “təcavüzü” ilə bağlı aktın müzakirəyə çıxarılması (“Artsax Gəlirlərinin Bərpası Aktı” - red.) Qərbin Ermənistandan istifadə etməklə bölgədə gərginlik yaratmaq ssenarisinin tərkib hissəsidir. Konqresin erməni məsələsi üzrə qrupunun sədr müavini Adam Şiff çıxışında iddia edib ki, Azərbaycanın “artsax” xalqına qarşı davamlı hərəkətləri humanitar fəlakət yaradıb və etnik təmizləməyə bərabər olub.

O, “ədalətin təmin olunmasının zəruriliyindən” dəm vurub. Şiffin tələbləri sırasında “Artsax Gəlirlərinin Bərpası Fondu”nun yaradılması da var. Tələbə əsasən bu fond Azərbaycanın müsadirə edilmiş aktivlərini alacaq və daha sonra bu vəsaitləri Azərbaycanın “hərbi hücumu” nəticəsində əmlakı, biznesi və iş yerlərini itirmiş “artsax”dan didərgin düşmüş ermənilərə kompensasiya vermək üçün istifadə edəcək. Həmçinin “köçkün ermənilər”in fonddan təzminat almaq üçün müraciət etməsinə imkan verən sadələşdirilmiş prosesin yaradılmasına çağırış olunur.

Bununla yanaşı, ABŞ-dakı şəxsi aktivləri ələ keçirmək və “artsaxa hərbi hücumda iştirak etmiş və ya dəstək vermiş yüksək rütbəli Azərbaycan nümayəndələrinə və onların yaxın ailə üzvlərinə viza məhdudiyyətlərinin tətbiqi” də tələblər sırasındadır. “Yeni Müsavat” qeyd edir ki, 2024-cü il “Artsax Gəlirlərinin Bərpası Aktı” Frank Pallone, Qreys Napolitano, Linda Sancez kimi ermənipərəst konqresmenlər tərəfindən dəstəklənir. Aydın məsələdir ki, Adam Şiff təkbaşına hərəkət etmir. Bu, ABŞ-ın Azərbaycana qarşı növbəti təxribatıdır. Şiff kimi insanlara Bayden administrasiyası konkret olaraq anti-Azərbaycan hərəkətləri üçün şərait yaradır. Bayden administrasiyası ABŞ və Azərbaycan arasında münasibətləri fəlakətə doğru aparır.

Qeyd etmək lazımdır ki, Azərbaycan bu addımı reallaşacağı təqdirdə cavabsız qoymayacaq və bu, ABŞ-ın Cənubi Qafqaz siyasətinin sonu deməkdir. Bundan sonra ABŞ Cənubi Qafqazdan atılacaq və Azərbaycan ABŞ-ın regiondakı bütün nəqliyyat layihələrini, o cümlədən Mərkəzi Asiyaya çıxışını əngəlləyəcək. Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını müdafiə etmək siyasətində qətiyyətlidir və ölkəmizin maraqları və suverenliyini heç vaxt qurban verməyəcək. ABŞ-ın Əfqanıstandakı əməliyyatı zamanı olduğu kimi, gec-tez Vaşinqtonun Azərbaycana yenidən ehtiyacı olacaq. Bununla belə, Bayden administrasiyası öz hərəkətləri ilə ikitərəfli münasibətləri bərpası mümkün olmayan çöküşə aparır. “Amerika Birləşmiş Ştatları Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında "Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları" adlı dinləmələrin təşkil olunması və çıxış edənlər tərəfindən mövcud olan faktların açıq şəkildə təhrif olunaraq Azərbaycana qarşı əsassız fikirlərin səsləndirilməsi ciddi təəssüf hissi doğurur".

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a qeyd etdi ki, ABŞ və digər Qərb ölkələrinin belə müzakirələr təşkil etməsi demokratiyanın, söz azadlığının üzərindən xətt çəkir: “Avropa Şurasında da belə müzakirələrin aparılması təklif olunur. Bu da Qərbin qərəzli mövqeyindən irəli gəlir və Azərbaycan hər zaman bu addımlara cavab verir. Əgər belə müzakirələr aparırlarsa, bizə qarşı hansısa qərarlar tətbiq etmək niyyətindədirlərsə, ilk növbədə özlərinə zərər vuracaqlar. Azərbaycan erməniləri Qarabağdan çıxarmayıb, sadəcə, öz dövlət suverenliyini bərpa edib, onlara da vətəndaşlıq təklif olunub. Amma kompensasiya tələbi absurd məsələdir, bəs 30 il torpaqlar işğal altında olanda azərbaycanlılara dəymiş maddi-mənəvi zərərin təzminatını kim ödəcəyək? Əksinə, biz xalqımıza dəyən ziyanın ödənməsini tələb edirik”. Partiya sədri vurğuladı ki, Azərbaycan Qərblə normal, bərabərhüquqlu əməkdaşlığın tərəfdarıdır: “Əgər belə davam edəcəklərsə, onqat artıq cavabını alacaqlar, bu zaman da etdikləri özlərinə qarşı çevriləcək. Biz kimsədən çəkinmirik və təzyiqlə heç nə əldə edə bilməzlər. Azərbaycan təzyiqlərə boyun əyəcək dövlət deyil. Digər tərəfdən, biz bilirik ki, erməni milyarderlərin hesabına Konqresə bu mövzular daşınır. Hər halda, ABŞ və Konqres üçün yaxşı hal deyil, utancverici addımlardır. Vaşinqton Bakı ilə olan mühüm tərəfdaşlıq münasibətlərini nəzərə almalıdır”.


Gundemxebet.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Masazırda orta məktəbdə erməni havası – Şagirdlər “Artsax” kompozisiyasına oynadıldı

    Masazırda orta məktəbdə erməni havası – Şagirdlər ...

    15-09-2017, 15:30

  • 
  • Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

    Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında ...

    20-09-2024, 17:43

  • 
  • ATƏT-də "Artsax"ın OYUNU, BMT-də daşnak qətnaməsi - İLGİNC FAKTLAR

    ATƏT-də "Artsax"ın OYUNU, BMT-də daşnak ...

    25-06-2021, 10:46

  • 
  • 20 yanvar günü ermənilər Tbilisidə konsert keçirəcək

    20 yanvar günü ermənilər Tbilisidə konsert ...

    18-01-2021, 15:16

  • 
  • ABŞ Konqresində “artsax”a dəstək müzakirəsi - Bakıya qarşı hörmətsizlik

    ABŞ Konqresində “artsax”a dəstək müzakirəsi - ...

    17-12-2021, 11:11


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (64)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu