Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistandan olan həmkarları İlham Əliyev və Nikol Paşinyanla danışıqları zamanı yəqin ki, Zəngəzur dəhlizi mövzusuna toxunulub.
Gundemxeber.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Putin onların hər biri ilə ayrı-ayrılıqda təkbətək danışıb. Üstəlik, prezident yəqin ki, hər biri ilə yarım saat oturub, buna görə də yəqin ki, fikir mübadiləsi aparılıb. Zəngəzur dəhlizi mövzusuna da toxunulub”, – mətbuat katibi qeyd edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?