Koreya Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr 2017-ci ildən bəri ilk dəfə təlimi zamanı “Taurus” qanadlı raketlər atıb.
Bu barədə Yonhap agentliyi hərbçilərə istinadən məlumat yayıb.
Bildirilib ki, raketlər oktyabrın 8 və 10-da F-15K qırıcılarından buraxılıb. Raketlər təxminən 400 km uçub və Sarı dənizdə nəzərdə tutulan hədəfi vurub.
Koreya Respublikası Hərbi Hava Qüvvələrinə məxsus F-35A və KF-16 qırıcıları qanadlı raketlərin qarşısını almaq üçün təlim keçirib.
Koreya Respublikası sonuncu dəfə 2017-ci ildə Şimali Koreyanın nüvə sınaqlarından sonra güc nümayişi kimi hərbi təlimlərdə “Taurus” qanadlı raketlərdən istifadə etmişdi. Bu qanadlı raketlər Seul yaxınlığından buraxılsa, 15 dəqiqə ərzində KXDR-də istənilən hədəfə çata bilər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?