Son 24 saat ərzində İsrailin Livanın şəhər və qəsəbələrinə hücumları nəticəsində 174 nəfərin yaralanıb, 51 nəfər isə ölüb.
Bu barədə Livan Səhiyyə Nazirliyi yanında Fövqəladə Əməliyyatlar Mərkəzi məlumat yayıb. Ən çox itki Dağlıq Livan əyalətində qeydə alınıb - 22 nəfər ölüb, 33 nəfər yaralanıb, cənubi Sayda və Tir bölgələrində isə 14 nəfər ölüb, 63 nəfər yaralanıb. 2023-cü ilin oktyabrında hərbi eskalasiya başlayandan İsrailin bombardmanları və artilleriya hücumları qurbanları haqqında məlumatlar yenilənib. Hava hücumları və artilleriya atəşləri nəticəsində ölənlərin sayı 2306-ya çatıb, 10,6 min nəfər yaralanıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?