Gundemxeber.az » Dünya » Trampın və Bakının düşmən elan etdiyi Adam Şiff kimdir? – Şok dosye
Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın “Fox News” telekanalına müsahibəsində ermənipərəst konqresmeni Adam Şiff haqqında kəskin fikirlər işlədib.
"Demokrat Adam Şiff ABŞ üçün daxili təhlükədir” deyən Trampın fikirləri Azərbaycan ictimaiyyəti üçün seçki ərəfəsində demokratlarla respublikaçılar arasında mübarizədən daha çox Azərbaycan düşməni kimi tanınan konqresmenin hədəf alınması ilə diqqət çəkir.
Onu da bildirək ki, bu, Trampla Adam Şiff arasında ilk qalmaqal deyil.
2019-cu ildə Adam Şiff və o dövrdə ABŞ prezidenti olan Donald Trampın impiçmentini tələb etmiş, Tramp da öz növbəsində Adamı həbslə hədələmişdi.
Adam Bennett Şiff - 1960-cı il, 22 iyunda Massaçusets ştatının Freyminqem şəhərində anadan olub.
Kaliforniya seçki dairəsindən ABŞ Nümayəndələr palatasına üzv seçilib. 2021-ci ildə ABŞ Senatorunun utancverici hobbisi ilə bağlı qalmaqal üzə çıxıb. Sosial şəbəkələrdə və internetdə yayılan fotolar amerikalı siyasətçinin çirkin və iyrənc həyat tərzi sürdüyünü sübuta yetirib. “Twitter” istifadəçisi BiRUS 2021-ci ildə Adam Şifin qalmaqallı fotolarını yayıb. Foto rəsmi şəraitdə lentə alınıb. Amerika bayrağı fonunda Adam Şiff, yanında isə qəribə formalı, ağzında əmzik olan, çəhrayı uşaq bezi və kiçik qız paltarı geyinmiş bir şəxs var. Bu fotolar Adamın pedofilliyə, azyaşlı qız uşaqlarına qarşı meylli olduğunu sübut edir. Pedofilliklə yanaşı, Adamın təmsil etdiyi dövlətin bayrağına, rəsmi kabinetinə hörməti də bu foto ilə sübut olunur.
Fotoları yayan şəxs bildirir ki, Adam məşhur rusofob Ceykob Şiffin nəvəsidir. Ceykob hələ Rusiya çarlığı dövründən ruslara qarşı mübarizə aparıb, bolşevikləri maliyyələşdirib, rus-yapon müharibəsində Yaponiyanı dəstəkləyib./musavat.com
5-02-2020, 13:53
17-01-2020, 10:43
14-08-2023, 23:45
10-12-2019, 21:06
24-01-2020, 11:50
Sorğu
Yeni dizaynımız necədir?