Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfər edəcək.
Gundemxeber.az xaricimediaya istinadən bildirir ki, Mirzoyan İstanbulda “3+3” regional məsləhət platformasının üçüncü iclasında iştirak edəcək.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
Xatırladaq ki, görüşün keçiriləcəyini Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlayıb. Onun sözlərinə görə, görüş Cənubi Qafqazda sülhün, sabitliyin və əməkdaşlığın bərqərar olmasına yönələcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?