İran 2024-cü ilin sonuna kimi Avrasiya İqtisadi İttifaqında (Aİİ) müşahidəçi statusu ala bilər.
Bunu BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının(FAO) illik Ümumdünya Ərzaq Forumunda iştirak edən Avrasiya İqtisadi Komissiyasının (AEK) sənaye və aqrar-sənaye kompleksi üzrə kollegiyasının üzvü (nazir) Qohar Barseqyan jurnalistlərə deyib.
Onun sözlərinə görə, bu barədə dövlət başçılarının təsdiqi üçün müvafiq sənəd dekabrda təqdim oluna bilər: “Biz İran İslam Respublikasından müşahidəçi statusu almaq üçün müraciət almışıq Dövlətdaxili prosedurlara əməl olunarsa, dekabrda Ali Şuranın növbəti iclası keçiriləcək”.
Nazir bildirib ki, yaxın vaxtlarda Aİİ və İndoneziya arasında azad ticarət sazişinin imzalanması planlaşdırılır: "Biz 2022-ci ildən azad ticarət zonası haqqında saziş imzalamaq üçün İndoneziya ilə danışıqlar aparırıq. Danışıqların beş raundunu keçirmişik və saziş yüksək hazırlıq mərhələsindədir, tezliklə imzalanmaq üçün dövlət başçılarına təqdim olunacaq"./musavat.com
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?