“Avropa İttifaqı ölkələri son aylarda Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) alışını kəskin artırıb. Çox güman ki, 2024-cü ildə qaz idxalı 2023-cü ilə nisbətən daha yüksək olacaq”.
Bunu Aİ-nin enerji nazirlərinin Lüksemburqda keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson deyib.
“Biz görürük ki, son aylarda Rusiyadan qaz tədarükü uzunmüddətli təmaslardan gözləniləndən xeyli yüksək olub. 2024-cü ildə Rusiya qazının idxal səviyyəsinin 2023-cü ildən yüksək olacağı ehtimalı yüksəkdir. Mən nazirlərə müraciət etdim, hələ gec deyil və oktyabrın ortalarıdır, bu tendensiyanı dəyişmək və ili 2023-cü ildən daha aşağı idxalla başa vurmaq hələ də mümkündür” - deyə o vurğulayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?