Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 16-da Radada çıxışı zamanı qələbə planını ictimaiyyətə təqdim edəcək.
Gundemxeber.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Sergey Leşenko teleqram kanalında bildirib.
“Aydındır ki, indi bu addımın yalnız bir səbəbi var - bu, qələbə planının ictimaiyyətə təqdimatıdır”, - o deyib.
“RBK-Ukrayna”nın Radadakı mənbəyi də təsdiqləyib ki, Prezident çərşənbə günü səhər iclasında Ukraynanın qələbə planını təqdim etməlidir.
Xatırladaq ki, Ukrayna Prezidenti qələbə planını ilk dəfə bir neçə ay əvvəl açıqlamışdı. Sənədin tam məzmunu hələlik ictimaiyyətə açıqlanmayıb, lakin dövlət başçısı onun ayrı-ayrı bəndləri barədə təfərrüatsız danışıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?