Amerika Birləşmiş Ştatları həmişə İsrailə müdafiə sahəsində kömək etməli və bunun üçün lazım olan bütün resursları təmin etməlidir.
Gundemxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti və Demokrat Partiyasından ali dövlət vəzifəsinə namizəd Kamala Harris bildirib.
“Amerika həmişə İsraili qorumalı və onun özünümüdafiə ehtiyacını dəstəkləməli, həmçinin İsrailin İranın, o cümlədən onun regiondakı proksilərinin hücumlarından müdafiə olunması üçün lazımi resurslara malik olması üçün amerikan dəstəyini təmin etməlidir”, – o, “Fox News” telekanalına müsahibəsində bildirib.
“Mən bu məsələdə qətiyyətliyəm”, – siyasətçi vurğulayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?