GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Evin həbsxanasında saxlanılan 6 milli fəala ümumilikdə 51 il həbs cəzası verilib

Evin həbsxanasında saxlanılan 6 milli fəala ümumilikdə 51 il həbs cəzası verilib

Tarix: 18-10-2024, 15:56 Bölmə :Dünya Baxış: 113
Evin həbsxanasında saxlanılan 6 milli fəala ümumilikdə 51 il həbs cəzası verilib
Hakim Əbülqasım Salavati

Tehran İnqilab Məhkəməsi Evin həbsxanasında nəzarət altında saxlanılan 6 azərbaycanlı fəalı ümumilikdə 51 il müddətinə azadlıqdan məhrum edib. Evin həbsxanasında saxlanılan fəalların 6-sı oktyabrın 15-də Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinə aparılıb və barələrində hökmlər oxunub. Onlar 8 ay yarımdır ki, həbsdədirlər və indiyədək onların işi ilə bağlı məhkəmə hökmü çıxarılmamışdı.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, hökmlər arasında Əbdüləziz Əzimi Qədim “milli təhlükəsizliyi pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il, “rejim əleyhinə təbliğat aparmaq” ittihamı ilə isə 1 il həbs cəzası alıb. Həmçinin Araz Əman, Bağır Hacızadə və Ayaz Seyfxah “casusluq” ittihamı ilə təqsirli bilinərək hər biri 8 il, “milli təhlükəsizliyi pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamından isə hər biri 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Kamal Nuri də “toplaşmaq və əlbir olmaq” ittihamı ilə 2 ili şərti olmaqla, 3 il həbs cəzasına məhkum edilib. Tahir Nəqəvi və Mürtəza Pərvin haqqında yekun hökm hələ açıqlanmayıb, lakin bəzi müşahidəçilər onlara da eyni şəkildə ağır həbs cəzalarının verilməsinin mümkünlüyünü hesab edirlər.

Siyasi fəallar hesab edirlər ki, Tehran İnqilab Məhkəməsinin sədri hakim Əbülqasım Salavatinin fəalları müvəqqəti olaraq girov müqabilində azadlığa buraxmaqdan imtina etməsi, onlara verəcəyi ağır cəzaların mümkünlüyündən xəbər verir və bu gözlənilirdi.

İslam Respublikasının tənqidçiləri və əleyhdarlarına ağır və uzunmüddətli həbs cəzaları və ölüm hökmləri verməklə məşhur olan Əbülqasım Salavati vətəndaşların hüquqlarının geniş və ciddi şəkildə pozması səbəbindən ABŞ və Avropa İttifaqı tərəfindən sanksiyaya məruz qalıb. Salavati adətən məhkəmə orqanları tərəfindən küçə etirazlarında həbs olunan insanları və ya rejimə qarşı çıxan siyasi liderləri mühakimə etmək üçün təyin olunan şəxsdir.
Tehran, Əlburz, Şərqi Azərbaycan və Ərdəbil vilayətlərində sakin olan bu türk fəallar fevralın ilk həftəsində həbs ediliblər və həmin tarixdən etibarən nəzarət müddətinin tez-tez uzadılması ilə Evin həbsxanasında saxlanılırlar. Ədliyyə və təhlükəsizlik qurumları onların müvəqqəti girov müqabilində azadlığa buraxılmasına mane olub, həmçinin vəkillə görüşə də icazə verilməyib.

Onların dinc yolla mədəni fəaliyyət ilə məşğul olan və sosial şəbəkələrdə və İranda azərbaycanlıların hüquqları ilə bağlı yazılar yazmaqla və maarifləndirmə fəaliyyətləri ilə məşğul olduqları bildirilir. Lakin ailələrinin və bölgədəki hüquq müdafiəçilərinin dediyinə görə, fəalların dinc xarakterinə baxmayaraq, tutulma zamanı və təcridxanada dindirilmə zamanı təhlükəsizlik qüvvələrinin zorakı davranışlarına və şiddətinə məruz qalıblar.
Hüquq müdafiəçisi Sina Yusifi Amerikanın Səsinə fəallara qarşı çıxarılan ağır cəzalarla bağlı deyib ki, “Əvvəlcə həbs edilənlərin ortaq və əsas ittihamı "ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq"dır. Halbuki, həbs olunan şəxslər Azərbaycanın müxtəlif şəhərlərindən, hətta Kərəc və Tehrandan olan insanlardır və bəziləri hətta bir-birilərini ilk dəfə həbsxanada görüblər. Bu cür ittihamın onlara yönəldilməsi həmin cinayətin mahiyyəti ilə ziddiyyət təşkil edir”.

Hüquqşünas əlavə edib ki, cinayətin fiziki elementi, yəni cinayət törətmək üçün şəxslərin toplaşması və razılaşması, həm də bu cinayətin ölkənin təhlükəsizliyi ilə bağlı olması bu məsələdə mövcud deyil və əslində belə bir cinayət baş verməyib.

Sina Yusifi həmin fəalların işinə Tehran İnqilab Məhkəməsində baxılmasını da hüquqi baxımdan düzgün olmadığını irəli sürüb və deyir ki, həmin insanlar müxtəlif şəhərlərdə həbs edildiyi üçün Tehran İnqilab Məhkəməsi yurisdiksiyaya malik deyil və "bu şöbənin hakim Salavati başçılığı altında işə baxması, bu şöbənin keçmişinə əsaslanaraq, yalnız saxta işlərin hazırlanması və ağır hökmlərin çıxarılması məqsədi daşıyır".

Azərbaycanlı vəkil həmçinin Kamal Nuri haqqında,ona verilən üç illik həbs cəzasının iki ili şərti hesab edildiyi üçün nəzarət altında qaldığı müddətin nəzərdə tutulması ilə tezliklə azad ola biləcəyinə ümid edib.

Əbdüləziz Əzimi Qədim həbsxananın ümumi bölməsinə köçürüldüyü vaxtdan bəri telefon vasitəsilə həbsxanadan kənara ötürdüyü səsli qeydlərdə saxlanılan azərbaycanlı fəallarının 209 saylı təcridxanada təhlükəsizlik qüvvələri tərəfindən ağır işgəncələrə məruz qalması barədə məlumat vermişdi.

O, digər həbsdə olan fəallarla birlikdə qanunsuz davranışa etiraz olaraq aclıq aksiyası keçirmişdi. Həmin məhbuslar arasında ilk dəfə aclıq aksiyası keçirən Mürtəza Pərvin iki həftəlik aclıq aksiyası müddətində sağlıq vəziyyətinin pisləşdiyi üçün iki dəfə həbsxana klinikasına yerləşdirilmişdi.

Yüksək qan təzyiqindən əziyyət çəkməsinə baxmayaraq, Tahir Nəqəvi bir aya yaxın aclıq aksiyası keçirib və halsızlıqdan vəziyyəti pisləşdikdən sonra bir neçə dəfə həbsxana xəstəxanasına köçürülmüşdü. Digər məhbusların aksiyanı dayandırmasına baxmayaraq, aclıq aksiyasını davam etdirən Əbdüləziz Əzimi Qədim isə milli fəalların məktubla ondan səhhətinə görə aclıq aksiyasını dayandırmasını xahiş etdikdən sonra Qarabağ müharibəsi şəhidlərinə ehtiram əlaməti olaraq 44 gün sonra aclığa son qoymuşdu. Bu milli fəalın uzun sürən aclıq aksiyası onun yaxınlarının dediyinə görə 15 kiloya yaxın arıqlamasına səbəb olmuşdu. Tahir Nəqəvi və Hüseyn Piri ilə birlikdə iyunun 13-də tətilə başlayan Əzimi Qədim iyulun 26-da aclığını dayandırmışdı.
Eyni zamanda həmin azərbaycanlı milli fəallar çıxarılan hökmlərdən Apellyasiya Məhkəməsinə müraciət etməyi planlaşdırırlar. Bununla belə, İran İslam Respublikasının ədliyyə sisteminin tarixi göstərir ki, bir çox hallarda apellyasiya məhkəməsi ilkin məhkəmənin qərarını təsdiq edir və ya qismən cəzanı azaldır. Lakin bəzi hüquq müdafiəçiləri milli fəalların işində əsassız ittihamların mövcudluğuna diqqət çəkərək, Apellyasiya və ya Ali Məhkəmədə ağır hökmlərin ləğv edilməsi ehtimalının olduğunu irəli sürürlər.

Bu hökmləri verməzdən əvvəl İranda 24 insan haqları təşkilatı birgə bəyanat dərc edərək, fəalların vəkil və tibbi xidmət də daxil olmaqla, qanuni hüquqlarından məhrum edilməsini pisləyib və onların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər.
Bəyanatda məhbuslara qarşı işgəncə və zorakılıq hallarına da toxunulub. Bəyanatda qeyd edilib ki, “İyulun 3-də Tehran İnqilab Məhkəməsinin 15 saylı şöbəsində Mürtəza Pərvin, Bağır Hacızadə, Ayaz Seyfxah və Kamal Nurinin məhkəmə iclası zamanı hakim Salavati məhbusların işgəncə edildikləri ilə bağlı iddialarına cavab olaraq, "işgəncələrə məruz qalmamaq üçün sorğu-sual zamanı əməkdaşlıq etməli idiniz" deyib". Hüquq- müdafiə təşkilatlarının bəyanatında təqdim olunan məlumata görə, fəalların işgəncəyə məruz qaldıqları işin hakimi tərəfindən təsdiq edilir.

Həmçinin İran azərbaycanının dörd siyasi təşkilatı bu 6 milli fəala qarşı çıxarılan hökmlərə etiraz edən bəyanat yayıb və İran məhkəmə sisteminin və hakimiyyətinin hərəkətini pisləyib.
“İran İslam Respublikası illərdir həbs və işgəncə də daxil olmaqla, müxtəlif vasitələrlə bərabərsizliyə və ədalətsizliyə qarşı etiraz səslərini boğmağa çalışır. Öz mədəni və dil kimliklərini qorumaq, ədalət və bərabərlik tələb etməkdən başqa məqsədi olmayan Azərbaycan milli hərakatının siyasi fəalları daim bu repressiv siyasətlərin qurbanı olublar" - deyə, bəyanatda qeyd edilir.

Bəyanatda bu məhbusların ağır həbs cəzaları pislənib, hüquqi və vətəndaş hüquqlarının dəstəklənməsinin vacibliyi vurğulanıb və repressiya prosesinə son qoyulması tələb olunub.

https://x.com/AhrazHumanRight/status/1846620810850549871?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1846620810850549871%7Ctwgr%5E33a4600b61f33a033dd100602aacac108a999eea%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.amerikaninsesi.org%2Fa%2F7826167.html


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlı vəkil Məhəmmədrza Fəqihi 5 il həbs cəzasına məhkum edilib

    Azərbaycanlı vəkil Məhəmmədrza Fəqihi 5 il həbs ...

    7-10-2024, 13:52

  • 
  • Milli fəal Mahmud Ocaqlı 16 il həbs cəzasına məhkum edilib

    Milli fəal Mahmud Ocaqlı 16 il həbs cəzasına ...

    14-07-2023, 19:27

  • 
  • ‘Anti-irqçilik’ aksiyaları ilə əlaqədar 6 türk fəalın həbs hökmü qüvvədə saxlanılıb

    ‘Anti-irqçilik’ aksiyaları ilə əlaqədar 6 türk ...

    10-09-2018, 16:15

  • 
  • Təbriz həbsxanasında saxlanılan iki türk fəal məzuniyyətə çıxıb

    Təbriz həbsxanasında saxlanılan iki türk fəal ...

    13-07-2020, 14:00

  • 
  • Həbsxanada aclıq aksiyasına başladılar

    Həbsxanada aclıq aksiyasına başladılar ...

    15-07-2013, 10:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu