Gundemxeber.az » Dünya » Aİ-dən Gürcüstanla bağlı ŞOK QƏRAR: 121 milyon avrodan MƏHRUM EDİLDİ
Gürcüstan Avropa İttifaqından 121 milyon avro məbləğində maliyyə yardımını itirib.
GUNDEMXEBER.AZ xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski deyib.
"Biz bu rəqəmi keçən həftə açıqladıq. Gürcüstan 121 milyon avro Aİ yardımını itirdi və bu yalnız cari dəstəyə aiddir. Əgər hökumət kursu dəyişməsə, Gürcüstan daha çox itirəcək.
Əgər gürcülər səsvermədə Aİ üzvlüyü istiqamətində irəliləməməyə qərar verərlərsə, Gürcüstan tamamilə Aİ-dən əvvəlki dövrdə nəzərdə tutulan maliyyə dəstəyini də itirəcək. Bundan sonra Gürcüstan xüsusilə aşağı iqtisadi inkişaf səviyyəsinə malik ölkələr üçün nəzərdə tutulan bütün maliyyə yardımlarından məhrum olacaq", - deyə səfir qeyd edib.
GUNDEMXEBER.AZ
26-07-2017, 13:46
9-07-2024, 22:46
27-08-2018, 22:02
1-08-2024, 13:11
25-09-2017, 11:38
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?