Gundemxeber.az » Dünya » Gürcüstanın Avropa İttifaqına yolu bağlanır: - İvanişvili geri addım atmayacaq
Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinski bildirib ki, Avropa İttifaqı (Aİ) "Xarici təsirin şəffaflığı haqqında" (xarici agentlər haqqında) qanuna görə Gürcüstanın Müdafiə Nazirliyinə ayrılan 30 milyon avro məbləğində maliyyə yardımını dayandırıb.
Onun sözlərinə görə, Gürcüstanın Avropa İttifaqına inteqrasiyası prosesinə dəstək də dayandırılıb.
Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” Qanunu üçüncü oxunuşda qəbul edib. Bu qanun ölkədə vətəndaşların, eləcə də Aİ-nin tənqidlərinə səbəb olub.
Politoloq Turab Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, AB-nin Gürcüstan Müdafiə Nazirliyinə ayrılan 30 milyon avro maliyyə yardımını dayandırması simvolik məna daşıyır:
"Çünki 30 milyon avro nə AB üçün nə də Gürcüstan üçün böyük məbləğ deyil. AB bununla Gürcüstana Qərbdən uzaqlaşaraq Rusiya və Çin yaxınlaşmağa davam etsə, ona edilən yardımların kəsiləcəyini açıq şəkildə göstərdi. Bu həm də rəsmi Tbilisiyə gələcəkdə sanksiya qoyula biləcəyinin mesajıdır. Biz bilirik ki, Gürcüstan xarici yardımlardan asılı ölkədir. Gürcüstanda Qərbə inteqrasiyadan yana insanlar olduqca çoxdur. Onlar Gürcüstan parlamentinin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz ediblər. Hazırda Gürcüstanda iğtişaşlar davam edir".
Ekspert əlavə edib ki, iğtişaşçılar yardımın kəsilməsini bəhanə edərək şiddəti daha da artıra bilərlər:
"Lakin İvanişvili hökuməti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi məsələsində geri addım atmayacaq. Çünki hökumət adamları bununla bağlı dəfələrlə qəti mövqe ortaya qoyub. Burada geri addım atmaq onların siyasi dəstəklərinin azalmasına səbəb ola bilər".
Gundemxeber.az
6-03-2023, 19:37
8-03-2023, 22:43
8-03-2023, 13:47
13-03-2017, 00:05
8-03-2023, 17:19
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?