Gundemxeber.az » Dünya » ABŞ Rusiya və ona kömək edənlərə qarşı daha güclü sanksiyaları anons etdi
ABŞ gələn həftə Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edəcək.
Bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib: “Gələn həftə biz Kremlin döyüş maşınına yardım edənlərə, o cümlədən üçüncü ölkələrdə vasitəçilik edənlərə qarşı güclü yeni sanksiyaları açıqlayacağıq”.
O, əlavə edib ki, Birləşmiş Ştatlar anti-Rusiya sanksiyalarından yayınmaqla mübarizəni davam etdirir.
Dünən məlum olub ki, Aİ ölkələri Rusiyaya qarşı Rusiyanın enerji ixracına, əsasən mayeləşdirilmiş təbii qaza (LNG) qarşı yönəlmiş 15-ci sanksiyalar paketinin hazırlanmasına yanvar ayından sürətləndirilmiş templə başlayacaqlar. Avropa İttifaqında Rusiya iqtisadiyyatına necə zərbə endirilməsi ilə bağlı müzakirələrin hazırda Aİ Şurasına sədrlik edən Macarıstan tərəfindən ləngidildiyi vurğulanır.
Gundemxeber.az
26-01-2018, 21:55
27-01-2018, 12:45
2-02-2017, 23:10
30-07-2017, 15:26
31-01-2018, 00:17
Sorğu
Yeni dizaynımız necədir?