Gundemxeber.az » Dünya » “Seçkidən sonra məni həbs edəcəklər” - Gürcüstan Prezidenti
Məlum olduğu kimi, sabah Gürcüstanda təkcə bu ölkənin deyil, regionun gələcək taleyinə təsir edən parlament seçkiləri keçiriləcək. Bu ərəfədə qonşu ölkədə hakimiyyətlə müxalifət arasında münasibətlər qatı düşmənçilik səviyyəsinə qədər gərginləşib. Ölkənin Prezidenti Salome Zurabişvili açıq şəkildə qərbpərəst müxalifəti dəstəkləyir.
Gürcüstan Prezidenti Salome Zurabişvili keçirdiyi mətbuat konfransında hakim "Gürcü Arzusu" partiyası seçkilərdə qalib gəlsə, seçkidən sonra həbs edilə biləcəyini deyib.
Jurnalistlər prezidentdən soruşublar ki, əgər “Gürcü arzusu” oktyabrın 26-da qalib gəlsə, hansı hadisələr baş verə bilər.
Prezident cavabında deyib: "Əgər bu baş verərsə, yəqin ki, məni impiçmentə məruz qoyacaqlar və həbs edəcəklər".
GUNDEMXEBER.AZ
29-11-2018, 14:47
29-11-2018, 12:47
28-02-2019, 14:36
21-06-2019, 12:14
29-11-2018, 11:10
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?