Hakim "Gürcüstan Arzusu – Demokratik Gürcüstan” partiyası 99,26 % (3 111-dən 3 088) məntəqənin səsvermə bülletenlərinin hesablanması nəticəsində 54,23 % səslə parlament seçkilərində qalib gəlir.
GUNDEMXEBER.AZ Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) saytında dərc edilmiş ilkin məlumatlara istinadən xəbər verir ki, "Gürcüstan Arzusu” 54,234 %, "Dəyişiklik üçün Koalisiya” 10,822 %, "Birlik – Milli Hərəkat” partiyası 10,105 %, "Güclü Gürcüstan” 8,758 %, "Gürcüstan üçün Qaxariya” partiyası 7,753 % səs toplayıb.
MSK-nın məlumatına görə, digər partiyalar 5 %-lik baryeri keçə bilməyib.
Gürcüstanda parlament seçkilərində 18 seçki subyekti iştirak edib. Seçkilər ilk dəfə olaraq yalnız proporsional sistem (partiya siyahıları) üzrə və elektron texnologiyalardan – verifikasiya və səslərin hesablanması aparatlarından geniş istifadə edilməklə keçirilib.
09.10
Şənbə günü keçirilən parlament seçkilərində hakim "Gürcü arzusu" partiyası 54,24% səslə liderdir.
Bu haqda Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumatda seçki məntəqələrinin 97%-dən çoxunun məlumatlarının əl ilə sayıldığı bildirilir.
MSK-nın məlumatına görə, "Gürcü Arzusu” 54,243%, "Dəyişiklik Koalisiyası” 10,805%, "Birlik – Milli Hərəkat” partiyası 10,07%, "Güclü Gürcüstan” 8,722%, "Gürcüstan üçün Qaxariya” partiyası isə 7,725% səs toplayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?