Bakı sakini Arzu Salmanova ailə dostu Aygün Yusifova tərəfindən dələduzluğa məruz qaldığını iddia edir.
Dediyinə görə, Sabunçu rayonu, Zabrat qəsəbəsi sakini Aygün Yusifova heç bir şərt olmadan Arzu Salmanovanın 30 illik müddətinə 100-200 min manat arası kredit ala biləcəyini, aylıq 500 manat ödəyəcəyini vəd edib. Amma külli miqdarda krediti əldə etmək üçün əvvəlcədən 5 min manat ödəməli olduğunu tələb edib. Beləliklə, bu cəlbedici təklifə inanan Arzu Salmanova may ayında Aygün Yusifovaya 5 min manat verib.
Xezerxeber.az-ın məlumatına görə, banka yaxınlaşan zaman Arzu Salmanovaya isə bildirilib ki, rəsmi işi olmayan şəxsə bu məbləğin verilməsi mümkünsüzdür. Odur ki, Arzu Salmanova həmin vaxtdan bəri nə kredit götürə, nə də Aygün Yusifovadan pulunu ala bilib.
Məsələ ilə bağlı "Xəzər Xəbər”ə danışan zərərçəkmiş Arzu Salmanova deyir ki, may ayından bu yana adıçəkilən şəxs pulu qaytarmaq yerinə boş vədlər verir.
Salmanovlar ailəsi məsələ ilə bağlı aidiyyəti üzrə polis oqranına da şikayət ediblər.
Daxili İşlər Nazirliyindən "Xəzər Xəbər”ə bildirilib ki, məsələ araşdırılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?