Gundemxeber.az » Dünya » Rusiya Finlandiyaya etiraz notası göndərib
Rusiya səfirliyi Finlandiya Xarici İşlər Nazirliyinə nota göndərərək Finlandiya hakimiyyətinin hərəkətlərinə kəskin etirazını bildirib.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya diplomatik nümayəndəliyi məlumat yayıb.
Səfirlik Finlandiyadakı Rusiya daşınmaz əmlakının müsadirəsi ilə bağlı vəziyyəti aydınlaşdırmaq üçün işlərini davam etdirir. Sözügedən daşınmaz əmlak Rusiyaya məxsusdur.
Qeyd olunur ki, səfirlik Finlandiya Xarici İşlər Nazirliyinə respublika hakimiyyətinin beynəlxalq hüququn müddəalarını kobud şəkildə pozan hərəkətlərinə kəskin etirazını bildirən nota göndərib.
Rusiya səfirliyi Finlandiya Məhkəmə İcraçıları Xidmətinin qərarına yenidən baxılacağını gözləyir.
Gundemxeber.az
14-04-2022, 13:47
2-07-2024, 23:12
13-12-2012, 13:30
20-08-2013, 16:28
15-11-2019, 21:00
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?