İran İsrailin hücumuna ABŞ-də prezident seçkilərindən əvvəl cavab verə bilər.
Gundemxeber.az-ın xəbərinə görə, bu barədə CNN telekanalı məlumat yayıb.
"İran İslam Respublikası sionist rejiminin təcavüzünə cavabı qətiyyətli və ağrılı olacaq" və "cavab tədbirləri, ehtimal ki, prezident seçkiləri günündən əvvəl baş verəcək", - CNN-in mənbələri bildirib.
Telekanalın versiyasına görə, bu, Tehranın İsrail hücumunun ciddiliyini azaltmaq üçün ilkin strategiyasından imtina etdiyini göstərir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?