Türkiyənin 11 vilayətində PKK terror təşkilatına qarşı "Gürz-25" əməliyyatı keçirilib.
Gundemxeber.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X" də yazıb.
O bildirib ki, əməliyyat nəticəsində terrorçulara məxsus 37 mağara və sığınacaq dağıdılıb. Həmçinin, 661 kiloqram partlayıcı maddə ələ keçirilib.
Bundan başqa, əməliyyat nəticəsində 4 ədəd M79 tank əleyhinə sursat, 3 PKM pulemyotu, 4 "Draqunov" snayper tüfəngləri, 12 "Kalaşnikov" avtomatı, 105 əl qumbarası, 78 reaktiv yaylım atəşi sursatı, 25 artilleriya, minaatan və qumbaraatan sursatları və digər vasitələr ələ keçirilib.
Nazir terrorçulara qarşı mübarizənin davam edəcəyini bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?