ABŞ administrasiyası hesab edir ki, Rusiya ərazisində olan 10 min Şimali Koreya hərbçisindən 8 mini Kursk bölgəsində yerləşdirilib, lakin onlar hələ də Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşlərdə iştirak etmirlər.
Bu açıqlama ilə ABŞ dövlət katibi Entoni Blinken çıxış edib.
Onun sözlərinə görə, Vaşinqton Şimali Koreyanın Rusiya ilə dərinləşən təhlükəsizlik münasibətlərinə cavab vermək üçün avropalı tərəfdaşları ilə işləyir.
“Hesablamalarımıza görə, hazırda Rusiyada 10 minə yaxın Şimali Koreya əsgəri var və son məlumatlara görə, onlardan 8 minə qədəri Kursk vilayətinə köçürülüb. Biz hələ bu qoşunların Ukrayna qüvvələrinə qarşı döyüşlərdə iştirak etdiyini görməmişik, lakin bunun yaxın günlərdə baş verəcəyini gözləyirik.
Rusiya Şimali Koreya qoşunlarına artilleriya, pilotsuz uçuş aparatları və əsas piyada döyüşləri, o cümlədən xəndəklərin qazılması üzrə təlimlər keçirir ki, bu da onun bu qoşunlardan cəbhə əməliyyatlarında istifadə etmək niyyətində olduğunu göstərir. Bu qoşunlar Ukraynaya qarşı döyüş və ya dəstək əməliyyatlarında iştirak etsələr, qanuni hərbi hədəfə çevriləcəklər”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?