Gundemxeber.az » Dünya » Rusiyada qubernatorların kütləvi yerdəyişməsi diqqət çəkir
Rusiya tərkibindəki Komi Respublikasının rəhbəri Vladimir Uyba istefa verdiyini açıqlayıb.
GUNDEMXEBER.AZ xarici agentliklərə istinadən xəbər verir ki, ona federal səviyyədə iş təklif olunub.
Maraqlıdır ki, iki gün ərzində Rusiyanın üç vilayətinin rəhbəri artıq istefaya göndərilib. 66 yaşlı Uyba 2020-ci ildən respublikaya rəhbərlik edir. Məlumatlara əsasən, Vladimir Uyba yerli elita ilə yaxşı keçinməyib və Komidə mənasız münaqişələrin iştirakçısına çevrilib. İş o yerə çatıb ki, Uybanın təyin etdiyi baş nazir müavininin namizədliyi yerli parlament tərəfindən rədd olunub.
Kreml sentyabr və mart aylarında keçirilən seçkilərdən sonra regional rəhbərləri rotasiya etməklə məşğuldur. Noyabrın 4-də daha iki region rəhbəri - Tambov vilayətindən Maksim Yeqorov və Rostov vilayətindən Vasili Qolubev istefa verdiklərini bəyan ediblər. Onların yerinə Yuri Slyusar və Yevgeni Pervışov təyin edilib.
GUNDEMXEBER.AZ
12-02-2020, 10:28
5-10-2020, 19:19
1-10-2017, 21:53
20-07-2017, 20:50
24-02-2021, 21:45
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?