Gundemxeber.az » Dünya » Milyarder polkovnikin şəriki güllələndi
Noyabrın 6-da Monteneqroda fərarilik və rüşvət almaqda vasitəçilik ittihamı ilə qiyabi olaraq 9 il azadlıqdan məhrum edilən keçmiş Federal Təhlükəsizlik Xidmətinin polkovniki Dmitri Senin güllələnərək öldürülüb.
Bu barədə Daniil Bezsonov X şəbəkəsindəki xəbərlərə istinadən öz kanalında məlumat verib.
Ehtimal olunur ki, Senin Rusiyanı 2017-ci ilin fevralında, Daxili İşlər Nazirliyinin polkovniki Dmitri Zaxarçenkonun saxlanmasından 6 ay sonra tərk edib, axtarış zamanı ondan 8 milyard rubl (82 milyon dollara yaxın) dəyərində pul və qiymətli əşyalar götürülüb. Senin Zaxarçenkoya rüşvət verməkdə və fərarilikdə vasitəçilik etməkdə təqsirli bilinib.
Senin yalnız 2020-ci ildə beynəlxalq axtarışa verilib. O, Monteneqroda saxlanılıb, lakin həmin ölkənin hakimiyyət orqanları onu ekstradisiya etməkdən imtina edərək siyasi sığınacaq verib.
Seninin məhkəməsi 235-ci qarnizon hərbi məhkəməsində baş tutub.
Müəyyən edilib ki, o, 2017-ci ilin fevral ayında Timur Kudasovun adına pasportu olan avtomobillə Verxniy Lars sərhəd-keçid məntəqəsində Rusiya-Gürcüstan sərhədini keçib.
GUNDEMXEBER.AZ
28-07-2017, 16:25
18-08-2017, 13:25
18-10-2019, 11:55
6-03-2017, 00:38
18-04-2018, 12:44
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?