ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp baş prokurorun müavini vəzifəsinə vəkili Todd Blanşın namizədliyini irəli sürə bilər.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, Qeyd olunub ki, Blanş bir il yarımdır ki, Trampın maraqlarını təmsil edir. Vurğulanıb ki, bu müddət ərzində Blanş Trampla yaxınlaşıb, onu tez-tez siyasətçinin Mar-a-Laqo iqamətgahında yeni prezidentin əhatəsində görürlər.
Hazırda ABŞ-ın baş prokurorunun müavini vəzifəsini Liza Monako tutur. Bu, ABŞ Ədliyyə Nazirliyində ikinci ən mühüm mövqedir. Bundan əvvəl Tramp respublikaçı konqresmen Mett Getzin ABŞ-ın baş prokuroru vəzifəsinə namizədliyini irəli sürüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?