Gundemxeber.az » Dünya » Uşaq ombudsmanı Səmərqənddə zorlama qurbanı olan qızla görüşüb
Özbəkistanın parlamentinin uşaq hüquqları üzrə müvəkkili Surayyo Rahmonova Səmərqənd vilayətinin Koşrabat rayonunda qrup şəklində cinsi zorakılığın qurbanı olmuş məktəbli qızla görüşüb.
Uşaq ombudsmanı ibtidai istintaq mərhələsində zərərçəkmiş qızın prosessual hüquqlarının necə təmin olunduğunu araşdırıb. Uşağın qanuni nümayəndəsinin, müəlliminin və vəkilinin istintaqda iştirakına xüsusi diqqət yetirilir.
Bundan əlavə, Surayyo Rahmonova müstəntiqlərə uşağın iştirakı ilə istintaq və prosessual hərəkətlərin “travmatizasiyanın qarşısını almaq üçün dostluq şəraitində aparılması ilə bağlı tövsiyələr verib.
Retravmatizasiya psixotravmatik faktorun insana əvvəllər yaşadığı travmanı xatırladan və onun yenidən baş verə biləcəyi təhlükəsi yaradan təsiridir.
Uşaq ombudsmanı azyaşlı ilə, eləcə də anası ilə təkbətək görüşüb. Hazırda zərərçəkmişlərə hərtərəfli tibbi, psixoloji və sosial yardımın göstərilməsi istiqamətində işlərə başlanılıb.
“Söhbət zamanı qızın anası media nümayəndələrinə və ictimaiyyətə müraciət edərək bu cinayətin təfərrüatlarını açıqlamamağı xahiş edib, hər bir belə nəşrin qızına və ailəsinə ciddi psixoloji sarsıntılar verdiyini vurğulayıb”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, cinayətdə 9 nəfər, o cümlədən prokurorluq əməkdaşı şübhəli bilinir. Onlardan 8-i saxlanılıb, daha bir şübhəli isə axtarışa verilib. Cinayət işi oktyabrın 31-də açılıb. Faktla bağlı Səmərqənd polisi tərəfindən araşdırma aparılır.
GUNDEMXEBER.AZ
2-12-2019, 15:39
25-09-2017, 12:45
24-10-2013, 16:05
8-11-2015, 16:48
3-03-2021, 10:30
Sorğu
Yeni dizaynımız necədir?