ABŞ prezidenti Co Bayden uzaqmənzilli raketlərin Rusiyanın Kursk vilayətində və əsasən Şimali Koreyadan olan hərbi qüvvələrə qarşı istifadəsinə icazə verib.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirr ki, nəşrin iddiasına görə Vaşinqtonun qərarı Rusiyanın əks-hücum planlarını pozmaq və Şimali Koreyaya müdaxilələrinin cavabsız qalmayacağını göstərmək məqsədi daşıyır.
Məlumata görə, Ukrayna bu qərarla üç gün əvvəl tanış edilib.
Ağ Ev ümid edir ki, Şimali Koreyanın Rusiyadakı qüvvələri ciddi zərbəyə məruz qalarsa, Pxenyan Rusiya Federasiyasına canlı qüvvə ilə əlavə dəstək vermək qərarına yenidən baxa bilər. Həmçinin bu, Kursk bölgəsindən Ukrayna qüvvələrini sıxışdırmaq üçün Rusiyanın əks-hücumuna mənfi təsir göstərəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?