"NATO qüvvələrinin Ukraynada peyda olması bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxaracaq və alyansın Rusiyaya qarşı müharibəyə qoşulması demək olacaq".
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Maria Zaxarova bu gün keçirilən brifinqdə bəyan edib.
Diplomat Estoniyanın xarici işlər naziri Marqus Tsaxknanın "Rusiya ilə sülh sazişini möhkəmləndirmək üçün Avropa ölkələrinin hərbi qüvvələrinin Ukraynaya göndərilməsinin zəruriliyi" barədə bəyanatını şərh edib.
"Mən başa düşmürəm, bəlkə onlara çatmır ki, Ukrayna ərazisində NATO kontingentlərinin peyda olması alyansın ölkəmizə qarşı müharibəyə qoşulması demək olacaq, biz bunu onlara dəfələrlə demişik, axı bu təkcə Avropa üçün deyil, bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxaracaq", - deyə Zaxarova bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?