İndoneziyanın Halmahera adasındakı Dukono vulkanı püskürməyə başlayıb və kül sütunu 3 min metr hündürlüyə qalxıb.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, qeyd olunur ki, ölkənin fövqəladə hallar xidmətləri dəniz səviyyəsindən 1335 m yüksəklikdə olan vulkanda silsilə təkanlar qeydə alıb. Səlahiyyətlilər yerli sakinləri Dukono zirvəsindən 3 km radiusda yerləşən əraziyə getməməyə və açıq havada olarkən maska taxmağa çağırıb. Bu, tənəffüs yollarını vulkanik küldən qorumaq üçün lazımdır. Xatırladaq ki, səhər saatlarında ölkə hakimiyyəti Sivu adasındakı Karanqetanq vulkanında aktivliyin artması barədə xəbərdarlıq edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?