Gürcüstan Parlamenti prezident seçkilərinin 14 dekabr tarixində keçiriləcəyini təsdiq edib.
GundemXeber.Az xarici mediaya istinadla xəbər verir ki, yeni seçilmiş prezidentin andiçmə mərasimi isə 29 dekabrda baş tutacaq. Prezident beşillik müddətə seçicilər kollegiyası tərəfindən seçiləcək. Parlamentin spikeri Şalva Papuaşvili parlament iclasında bildirib ki, hazırkı prezident Salome Zurabişvilinin səlahiyyət müddəti 16 dekabrda başa çatır.
Sorğu
Yeni dizaynımız necədir?