Keçmiş vəkil Elman Paşayev, ona qarşı irəli sürülən külli miqdarda dələduzluq ittihamını qəbul etmir.
GundemXeber.Az xarici mediaya istinadən xəbər verir ki, Paşayevin sözlərinə görə, cinayət işi bloger Aleksey Blinovskinin müraciəti əsasında başlanıb. Blinovski bu işdə zərərçəkən tərəf kimi tanınıb.
Paşayev ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirərək, hüquqi prosedurların gedişində özünü müdafiə etməyə hazır olduğunu vurğulayıb. O, bu işin əsl motivlərinin hüquqi yox, şəxsi və ya ictimai təzyiqlərlə əlaqəli olduğunu iddia edir.
Məhkəmə E.Paşayevin həbs müddətinin uzadılmasını qanuni hesab edib.
Hərbi müstəntiqlərin tələbi ilə Paşayevin həbs müddəti yanvarın 15-dək uzadılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?