Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədova barədə açılmış cinayət işi bağlı növbəti məhkəmə prosesi keçirilib.
Lent. az-ın məlumatına görə, prosesdə G. Əhmədovanın vəkili Əfsər Talıbov müdafiə çıxışı edib.
Vəkil 2 saata yaxın çəkən çıxışında vəkil G. Əhmədovaya qarşı irəli sürülmüş ittihamların absurd olduğunu bildirib və iddiasını əsaslandırmağa çalışıb. Ə. Talıbov qeyd edib ki, müdafiə etdiyi şəxsin Elşad Abdullayevdən 1 milyon dollar pul aldığına dair heç bir fakt və ya sübut yoxdur.
Onun sözlərinə görə, ümumi şəxslərin adından irəli sürülən ittihamlar sübut kimi qəbul edilə bilməz.
Ə. Talıbov eyni zamanda çıxışında onu da qeyd edib ki, Elşad Abdullayevin G.Əhmədova ilə bağlı yaydığı videogörüntülər qeyri-qanuni olduğu üçün sübut kimi qəbul edilməməlidir.
Vəkil bildirib ki, gizli çəkilmiş videogörünütlərin sübut kimi qəbul edilməyi həm prezident fərmanına, həm də digər müvafiq qanunlara görə qadağandır və bu səbəbdən mötəbər hesab olunmamalıdır.
Prosesə nahar fasiləsi verilib. Fasilədən sonra məhkəmə vəkilin çıxışı ilə davam etdiriləcək.
Xatırladaq ki, dövlət ittihamçısı Gülər Əhmədovaya 4 il iş istəmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?