Zibillə dolu şarlar yenidən Şimali Koreya ərazisindən Cənubi Koreyaya doğru atılıb. GundemXeber.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Seul meriyasının məlumatında qeyd olunub.
Səlahiyyətli qurumlar tapılan əşyalarla bağlı vətəndaşlardan polisə məlumat vermələrini xahiş ediblər. Sonuncu belə hadisə noyabrın 18-də qeydə alınıb. Mayın sonundan bəri 30-dan çox oxşar aksiya həyata keçirilib. Cənubi Koreya ordusu isə sərhəd bölgəsində səsgücləndiricilər vasitəsilə təbliğat yayımlarına başlayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?