ABŞ-ın 47-ci prezidenti seçilmiş Donald Tramp şənbə günü sabiq milli təhlükəsizlik rəsmisi və loyalist Kaş Pateli Federal Təhqiqatlar Bürosuna (FBI) rəhbər vəzifəsinə nominasiya edib. Bununla o, büronun hazırkı direktoru Kristofer Reyin əvəzlənəcəyinə işarə edib.
Trampın birinci hakimiyyət dönəmində milli kəşfiyyat və müdafiə nazirlərinə müşavirlik etmiş Patel əvvəllər FBI-ın kəşfiyyat toplayan qanadını qapatmağa və Trampın siyasi gündəmini dəstəkləməyən əməkdaşları işdən uzaqlaşdırmağa çağırıb. "FBI-ın ən böyük problemi onun kəşfiyyat dükanlarından qaynaqlanıb. Mən bu komponenti sındırardım. Mən FBI Huver binasını birinci gün bağlayaraq onu növbəti gün dərin dövlətin muzeyi kimi açardım," Patel sentyabrda mühafizəkar 'Shawn Ryan Show' verilişindəki müsahibəsində bəyan edib. Patelin namizədliyni irəli sürməklə Tramp FBI direktoru Reyi vəzifədən azad etmək məramını açıqlayır. Belə ki, Tramp tərəfindən təyin edilmiş Respublikaçı Reyin 10 illik direktor dönəmi 2027-ci ildə başa çatacaq. Büronu siyasətdən uzaq tutmaq üçün FBI direktorları qanuna əsasən 10 illik vəzifəyə təyin olunurlar. Kristofer Rey bu vəzifəyə 2017-ci ildə büronun rəhbəri Ceyms Komi Trampın 2016-cı il kampaniyasını araşdırdığına görə vəzifədən azad edildkdən sonra təyin olunmuşdu, və ötən müddət ərzində tez-tez Tramp tərəfdarlarının tənqidlərinə məruz qalıb. Reyin rəhbərliyi dönəmində FBI Donald Trampa məxsus Mar-a-Lago iqamətgahında məhkəmə əsaslı axtarış keçirmişdi. 44 yaşlı Patel əvvəllər federal vəkil və federal ittihamçı qismində çalışıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?